Hadisənin başvermə səbəbi açıqlanıb
Gəncədə ofisiantlar toya gələn qonağı döyüblər.
Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə şənbə günü şəhərdə fəaliyyət göstərən şadlıq saraylarından birində baş verib.
Toy məclisində qonaq olan şəhər sakini, 23 yaşlı Asif Əliyev ofisiantlar tərəfindən döyülüb. Asif Əliyevin bildirdiyinə görə, mübahisəyə səbəb onun ailəsinə məxsus əl telefonunun ofisiantlar tərəfindən götürülməsi səbəb olub.
Telefonunu tələb edən Asif Əliyevə ofisiantlar yumruqla cavab verilib. Aldığı xəsarətlərdən zərərçəkən Gəncə şəhər TTYX-ya gətirilib.
Faktla bağlı Kəpəz rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.