ATV əməkdaşlarının maşını kanala düşdü - Aparıcı yaralandı

ATV əməkdaşlarının maşını kanala düşdü - Aparıcı yaralandı ATV kanalının əməkdaşları yol qəzasına düşüb

Hadisə Bərdə rayonunun Mirzalıbəyli kəndində qeydə alınıb. Jurnalistlərin olduğu avtomobilin sürücüsü Qarabağ su kanalının sözügedən kənddən keçən hissəsində dönmə əməliyyatını düzgün yerinə yetirməyib. Nəticədə avtomobil kanala düşüb. Hadisə nəticəsində ATV-nin xanım əməkdaşı yaralanıb. O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

***
ATV telekanalından faktı APA-ya təsdiqləyiblər. Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, qəza nəticəsində sürücü Cehyun Sultanovun ayağı sınıb. “Ləziz Macəra” verilişinin aparıcı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hazırda hər iki şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.

"ATV rəhbərliyi dərhal hadisə ilə maraqlanıb, Bərdə rayonu ilə əlaqə saxlanılıb və xəsarət alan əməkdaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün tədbirlər görülür", - Vaqif Aydınoğlu deyib.

Oxşar xəbərlər