“Sınaq dövründə stikerlər pulsuz paylanılacaq”
May ayının sonuna qədər Bakıda bələdiyyə avtomobil duracaqlarında kontaktsız ödəniş metodundan istifadə olunacaq.
Bu barədə Trend-ə layihəyə yaxın mənbədən məlumat verilib.
Mənbənin sözlərinə görə, bələdiyyə duracaqlarında layihənin reallaşdırılması üzrə artıq razılıq əldə olunub. Həmçinin, özəl duracaqlarda da bu yeni ödəniş metodundan istifadə edilməsi üçün danışıqlar aparılır.
Ödəniş duracaqlarda, Bakı Metropolitenində və Azərpoct məntəqələrində satılacaq xüsusi stikerlər vasitəsilə həyata keçiriləck:
“Stikerin dəyəri - 0,5 manat olacaq. Lakin ilkin sınaq dövründə onlar pulsuz paylanılacaq. Stikerin balansını mobil telefondakı elektron balans hesabına artırmaq mümkün olacaq”.