Rusiyada “Range Rover” qaçıran azərbaycanlı ələ keçdi

Rusiyada “Range Rover” qaçıran azərbaycanlı ələ keçdi Polis binada olan iki kişi və bir qadını saxlayıb

Rusiyanın Sankt-Peterburq şəhərinin polisləri “Range Rover” markalı avtomobili qaçıran şəxsləri iş başında tutublar.

Şübhəli şəxslər barədə polisə şahidlər məlumat veriblər.

“Atəş açırlar” sözləri polis əməkdaşlarını anında hadisə yerinə gəlməyə vadar edib. Əraziyə gələn polislər texniki xidmət stansiyasında üç şəxsin olduğunu görüblər.

Onlar binada olan iki kişi və bir qadını saxlayıblar və bu şəxslərin avtomobillərin qaçılması ilə məşğul olduğu məlum olub.

“Fontanka.ru” yazır ki, ilkin məlumatlara görə, polis Azərbaycan sakinini və iki rusiyalını saxlayıb. Onlardan ən böyüyünün yaşı 27-dir. Onlar texniki xidmət stansiyasına hələ martın 24-də qaçırılmış “Range Rover” markalı avtomobili gətiribmişlər.

Oxşar xəbərlər