“Hər üç şəxsin kimliyi müəyyən edilib”
Ötən gün Ağcabədi rayonunda orta məktəb müəlliməsinin qaçırılmasının səbəbləri məlum olub.
Ağcabədi Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayon sakini, 1994-cü il təvəllüdlü Fəridə Əsgər qızı Ağayeva öz qohumu tərəfindən qaçırılıb:
"Qızı qaçıran hər üç şəxsin kimliyi müəyyən edilib. Bu gün ərzində onların F. Ağayevanı saxladıqları yer müəyyən ediləcək və onu qaçıran şəxslər saxlanılacaq. Dəqiq olan odur ki, qızı qaçıran oğlan evlənmək niyyəti ilə belə bir addım atıb.
Fəridə dindirilən zaman istəyi ilə getdiyini bildirsə, o zaman onu qaçıranlar məsuliyyətdən azad ediləcək. Şikayətçi olduğu halda Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri ilə məsuliyyətə cəlb ediləcəklər", -deyə idarənin polis əməkdaşı bildirdi.
İdarədən onu da əlavə etdilər ki, qaçırılan qızın anası, Fəridə Ağayevanı onu qaçıran oğlana verməyəcəyini deyir.
Ötən gün Fəridə Əsgər qızı Ağayevanın işlədiyi məktəbdən evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə aparıldığı barədə məlumat yayılıb.
Məlumata görə, qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum şəxslər ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.
Qaçırılan qız rayon məktəblərinin birində ingilis dili müəlliməsi olub.