Bakı şəhər Dövlət Yol Polisi dekabrın 5-dən 6-na və 6-dan 7-nə keçən gecə keçirilən reydlər zamanı ümumilikdə 10 xanım sürücü inzibati məsuiliyyətə cəlb olunması haqqında məlumat yayılmışdı
Həmin məlumatda onlardan birinin sərxoş vəziyyətdə qəza törədərək maşını qoyub qaçdığı da öz əksini tapmışdı. Məlumatda həmçinin qeyd olunurdu ki, reyd zamanı saxlanılan dövlət nömrə nişanı Az 99 BO 760 olan «Range Rover» markalı avtomobilin sürücüsü Könül Vəliyeva sərxoşluq müayinəsindən keçməkdən imtina edib. Özünün və yanındakı rəfiqəsinin “dövlət işçisi” olduğunu deyən bu sürücü bir neçə yerə zəng edib məsuliyyətdən yaxa qurtarmağa çalışsa da, faydası olmamışdı. Könül Vəliyeva restoranda ancaq çay içdiyini və oradan çıxan kimi yol polisi tərəfindən saxlanıldığını, sərxoş vəziyyətdə olmadığını iddia etmiş, ancaq sərxoşluq müayinəsindən keçməkdən imtina etmişdi. Buna baxmayaraq DYP əməkdaşları onu inzibati qaydada məsuliyyətə cəlb etmiş, avtomobil isə cərimə meydançasına aparılmışdı. Qeyd edək ki, sərxoş halda avtomobil idarə etməklə sərxoşluq müayinəsindən boyun qaçırmağın cəriməsi eynidir. Həmin məlumatda özünü və rəfiqəsini “dövlət işçisi” kimi təqdim edərək məsuliyyətdən yaxa qurtarmağa çalışan Könül Vəliyevanın hansı dövlət qrumunda işlədiyi isə müəmma olaraq qalmışdı. Dekabrın 10-da saat 13 radələrində əməkdaşımız reyd zamanı saxlanılan və “Youtebe” sosial şəbəkəsində paylaşılan video görüntülərdə dövlət nömrə nişanı aydın görünən Az 99 BO 760 olan «Range Rover» markalı avtomobili Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəçişməsində yerləşən “Avesta” Konsernin mərkəzi ofisinin qarşısında görüb. Bu şirkət adı müxtəlif qalmaqallarda hallanan iş adamı Hacı İbrahim Nehrəmliyə məxsusdur. “İstiqlal.az”-ın əməkdaşı şirkətin binası qarşısında dayanan bir şəxsdən avtomovilin kimə məxsusluğu ilə maraqlanıb və məlum olub ki, reyd zamanı saxlanılanda özünü və rəfiqəsini “dövlət işçisi” kimi təqdim edən xanım sürücü Hacı İbrahim Nehrəmlinin katibəsidir. Onu da qeyd edək ki, Hacı İbrahimin özünün avtomobilinin də dövlət nömrə nişanı reyd zamanı saxlanılan avtomobillin nömrəsi ilə ancaq seriyaları fərqlidir. Avropa.info olaraq qeyd edək ki, yol polisinin saxladığı həmin xanım haqqında hadisə zamanı çəkilmiş video görüntü də Youtube.com saytından silinib.