Avtomobil saatda 300 km sürətlə hərəkət edirdi
Martın 25-də Moskvanın Varşavski şossesində “Lamborghini” avtomobilinin iştirakı ilə baş verən dəhşətli qəzanın yeni görüntüləri yayılıb.
Video hadisə şahidlərinin biri tərəfindən qeydə alınıb.
Təhlükəsizlik yastıqlarının açılmasına baxmayaraq sürücünün sağ qalmaq şansı olmayıb. Xilasedicilər onun cəsədini avtomobildən bir saata yaxın müddətə çıxara biliblər.
“Lamborghini”nin sərnişini isə başından güclü zərbə almağına baxmayaraq sağ qalıb. Hal-hazırda o xəstəxanada komadadır.
Qeyd edək ki, avtomobil MMA döyüşçüsü Adam Yandiyevə məxsusdur. “Lamborghini”ni Yandiyevə atası idmanda göstərdiyi nəaliyyətlərinə görə hədiyyə edib.
Qəza zamanı avtomobilin sükanı arxasında servis işçisi olub. O, saatda 300 km sürətlə hərəkət edərkən idarəetməni itirib və dirəyə çırpılıb. Sərnişin isə Yandiyevin yaxın dostudur.