Partlayan reysin yeganə sağ qalmış qadın sərnişini danışdı - VİDEO

Partlayan reysin yeganə sağ qalmış qadın sərnişini danışdı - VİDEO Xoşbəxt təsadüfdən saat zəng çalmayıb

Rusiyanın Rostov şəhərində baş verən təyyarə qəzası zaman qadın möcüzə nəticəsində sağ qalıb.

Elvira İsayeva ölüm reysinə Dubaydan Rostov-na-Dona uçan “FlyDubai” aviaşirkətinin “Boeing-737-800” təyyarəsinə gecikdiyindən salamat qalıb.

Qadın həmçinin başıbəlalı reysin yeganə sağ qalmış sərnişini sayılır. Elvira İsayeva bütün baş verənlərə baxmayaraq “FlyDubai” aviaşirkətinin təyyarəsiylə evə qayıtmağı planlaşdırır.

““FlyDubai” həftədə bir dəfə Rostova uçur. Mən bir həftə havanın düzəlməsini gözləyəcəyəm və uçacağam. Hərçənd, mən artıq qatarda həmçinin piyada getməyə hazıram. Dəhşətlidir, əlbəttə, amma mən əvvəllərdə “FlyDubai” haqqında pis heç nə eşitməmişəm. Onlar həmişə yaxşı uçurdular və mən özüm artıq dəfələrlə ondan istifadə etmişəm”,- deyə reysin yeganə sağ qalan sərnişini bildirib.

Xatırladaq ki, Elvira İsayeva aviaqəza nəticəsində 61 nəfərin həlak olduğu “FlyDubai” aviaşirkətinin FZ981-nömrəli reysinin tək sağ qalmış sərnişini olub.

İsayeva ölümdən necə qaçmağı bacardığını danışıb. Məlum olub ki, onun həyatını zəngli saat xilas edib. Xoşbəxt təsadüfdən saat zəng çalmayıb və Rostov sakini təyyarəyə gecikib.

Qəza bu gecə Rusiya vaxtı ilə saat 04 radələrində qeydə alınıb. Hadisə vaxtı təyyarədə 62 nəfər olub. Onlardan 55-i sərnişin, o cümlədən 4-ü uşaq, 7-si isə heyət üzvləri olub. Onların arasında Azov rayon administrasiyasının rəhbərinin keçmiş həyat yoldaşı və qızı da olub. Onlar Dubaydan istirahətdən qayıdırmışlar.

Rusiyanın Rostov şəhərində baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəza bütün sərnişinlərin və uçuş heyətinin ölümü ilə nəticələnib. Hadisə Dubaydan uçan “Boeing-737-800” tipli sərnişin təyyarəsi Rostov-na-Donu şəhər aeroportuna enərkən baş verib. Qəzaya səbəb kimi pis hava şəraitinə görə təyyarənin eniş zolağından kənara düşməsi göstərilir. Belə ki, ilk cəhddə təyyarəni endirə bilməyən pilotlar ikinci dövrə vurmaq istəyiblər. Lakin bu zaman təyyarənin quyruq hissəsi yerə çırpılıb. Rostov vilayətinin qubernatoru Vasili Qolubayevin sözlərinə görə, hələlik qəzaya səbəb kimi başqa versiyalara baxılmır.

“Fly Dubai” aviaşirkətinə aid təyyarədə olan bütün sərnişinlərin rus, heyət üzvlərinin isə əcnəbilər olduğu bildirilir. Ölənlər arasında Rusiya, Ukrayna, Qazaxıstan və Hindistan vətəndaşları olub. Hava limanına qəzada ölənlərin yüzlərlə qohumu toplaşıb.

Bundan əvvəl ötən il oktyabrın 31-də Misirin Şarm-əş-Şeyx şəhərindən Sankt-Peterburqa uçuş həyata keçirən Rusiyaya məxsus təyyarə Sinay yarımdasının şimalında yerləşən Əl-Arişdən 100 km uzaqlıqda qəzaya uğramışdı. Qəzada 217 sərnişin və 7 ekipaj üzvü olmaqla ümumilikdə 224 nəfər həlak olmuşdu.


Oxşar xəbərlər