Sürücülər hərəkət sürətinin artırılmasını istəyirlər
Paytaxtın Nobel prospektində bir neçə radar quraşdırılsa da, yolboyu bunu bildirən nə məlumat lövhəsi var, nə də hərəkət sürətini göstərən nişan. Sürücülər isə bu haldan narazıdır. Onlar bu prospektdə hərəkət sürətinin artırılmasını istəyirlər.
Ekspertlər hesab edir ki, yol hərəkəti haqqında qanunun 50-ci maddəsinə əsasən yaşayış məntəqələrində radar quraşdırılıbsa, 50-200 metr məsafədə ya məlumat stendi, ya da maksimum hərəkət sürətini göstərən nişan vurulmalıdır.
Şəhərdaxili yollarda hərəkət sürəti 60 olduğundan sürücülər, avtomobili maksimum saatda 60 km-lə sürməyə məcbur olur.
Əraziya nişanların quraşdırılması ilə bağlı isə Baş Dövlət Yol Polis İdarəsi yanında Siqnal İdarəsinin rəisi Məhəmməd Məmmədov bildirir ki, müvafiq orqanlar tərəfindən müraciət edilərsə, nişanlar quraşdırıla bilər.