Manatın bahalaşması üçün yeni şans yaranır
Amerikanın tanınmış sərmayəçisi, milyarder Cim Rocers bildirib ki, yaxın 12 ayda Amerika iqtisadiyyatı ressesiyaya girəcək.
“Bloomberg” agentliyinə müsahibə vermiş Rocers bildirib ki, dünya bazarlarında iflas üzündən dollar “köpüyə” dönəcək.
Rocersin sözlərinə görə, ABŞ iqtisadiyyatını bir il davam edəcək tənəzzül gözləyir və bunun baş vermə ehtimalı 100%-dir. “ABŞ-da son ressesiyadan yeddi-səkkiz il keçib. Tarixən o, müxtəlif səbəblər üzündən hər 4-7 ildən bir baş verir. Bunun hər dörd və ya yeddi ildən bir baş verməsi heç də vacib deyil, amma siz borclara baxın, adamı dəhşətə gətirir”,- deyə sərmayəçi vurğulayıb.
Agentlik bildirir ki, Uoll-Strit iqtisadçılarından çoxu elə də pessimist deyil - onlar ressesiya ehtimalına 33% inanırlar. Bundan başqa. Rocers Amerika valyutası üçün təhlükələr barədə də danışıb. “O (dollar), köpüyə dönə bilər”,- deyə milyarder vurğulayıb. Onun fikrincə, sərmayəçilər vəsaitləri dollara yatıracaqlar, çünki bütün dünya üzrə bazarlar “iflasa uğrayıb”. Rocersin fikrincə, məhz buna görə, dollar “köpüyə dönəcək”.
Cim Rocers dünyada qeyri-adi davranışları ilə tanınır. 2015-ci ilin iyun ayında o bildirmişdi ki, Rusiya rubluna və Rusiyanın kənd təsərüfatına sərmayə yatırmağın vaxtı çatıb. Halbuki, bundan əvvəlki 47 illik biznes həyatında o, Rusiyada heç bir perspektiv görmədiyini bildirmişdi.
Dolların ucuzlaşması əsasən dünyanın başqa valyutalarına, xüsusilə də avro və funt-sterlinq kimi alternativ rezerv valyutalarına nisbətən baş verir. Uyğun olaraq dolların alıcılıq qabiliyyəti də düşür, neft, qızıl və digər xammallar dollara nisbətən bahalaşır. Avro ilə dolların nisbət dinamikası göstərir ki, hazırda dolların baha olduğu dövrlərdəndir. Əgər 2008-ci ildə 1 avro 1,57 dollara satılırdısa, hazırda 1 avro 1,1 dollardır.
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov ANS PRESS-ə müsahibəsində dolların ucuzlaşması dövründə manatın bahalaşa biləcəyini vurğulayıb: “Prinsipcə, Cim Rocersin dediklərində müəyyən qədər həqiqət var. ABŞ dünya iqtisadiyyatının ¼-ni təşkil eləsə də, ÜDM 18 trilyon dollar olan bu ölkənin dövlət borcu 19 trliyonu dolları ötür. Buna görə, dolların qəfil ucuzlaşa bilmə təhlükəsi həmişə mövcuddur. Təbii ki, dollar ucuzlaşdığı bir dönəmdə başqa valyutaların, o cümlədən manatın da bahalaşması real olaraq baş verə bilər. Əslində, milli valyutaların dəyərinin dollar və avroya nisbətən müəyyən edilməsini bir kənara qoysaq, hər bir milli valyutanın durumunun həmən ölkənin iqtisadi inkişaf səviyyəsindən, valyuta-qızıl ehtiyatlarının, ixrac potensialının və dövlət borcunun həcmindən asılı olduğunun şahidi olarıq”.
Lakin bununla belə, professorun fikrincə, bütövlükdə hər bir valyutanın dəyərini real bazar müəyyən edir: “Azərbaycan manatının dəyəri indi üzən məzənə ilə müəyyən edilir. Buna görə də verilən pronozlar doğru çıxmaya bilər. Hər halda, manatın məzənnəsinin tam sabitliyi üçün biz iqtisadi potensialımızı daha da gücləndirməli və real sektordan ixracın həcmini daha da artırmağa çalışmalıyıq”.
İstənilən halda, Azərbaycanın yaxın illərdə yumşaq devalvasiyadan imtina edcəyi real görünmür. Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı, qeyri-neft məhsullarının ümumi ixracatda payının artırılması üçün yumşaq devalvasiya rejiminə ehtiyac var. Manat möhkəmlənərsə, iqtisadiyyat yenidən idxal rejiminə keçəcək ki, bu da daxili istehsala mane olan əsas əngəllərdəndir