“1 dolların 1,05 AZN üzrə qaytarılması ilə bağlı qərar qəbul edilməlidir”
Üzən məzənnə rejimi nə qədər zəruri və vacib addım olsa da əhalinin maddi və sosial vəziyyətinə bir sıra istiqamətlərdə istər-istəməz mənfi təsirlər göstərəcək.
Mərkəzi Bankın (AMB) bu il fevral ayının 21-də 34%-lik ucuzlaşdırma siyasəti daha çox korrektə addımı xarakteri daşıdısa, bu dəfə kəskin devalvasiyaya start verildi. Bundan sonra manatın məzənnəsinin valyuta bazarında tələb ilə təklifin nisbəti altında müəyyən olunacağı, AMB-in valyuta bazarında iştirakının isə buna uyğun həyata keçiriləcəyi deyilir. Doğrudur, məzənnənin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcəyi də bildirilib. Sözümüz bunda deyil.
İş ondadır ki, üzən məzənnə siyasətinə keçid bunu sadəcə, bəyan etməklə baş vermir. Yəni, eyni zamanda və yaxud bunun ardınca büdcədən sosial istiqamətdə maliyyələşdirmədə, əhalinin banklardakı əmanətlərinin indeksləşdirilməsi və sair kimi istiqamətlərdə də müvafiq addımlar atılmalı, hökumət strukturları birgə fəaliyyət göstərməlidirlər.
AMB-in sədri Elman Rüstəmov da Aztv-ya açıqlamasında qeyd etdi ki, bugünkü 1 dollar=1,55 AZN məzənnəsindən əhəmiyyətli kənarlaşma iqtisadiyyatda ciddi çaşqınlıq yarada bilər. Lakin ən ciddi problem bank sektoru və onlar tərəfindən indiyədək verilən kreditlər ilə bağlıdır ki, ölkənin baş bankiri bank sektorunda vəziyyətin stabil olduğunu bildirsə də, problemli kreditlər kifayət qədər yüksək səviyyədədir.
Bank sektorunda sabitliyin ən başlıca göstəricisi kimi beynəlxalq praktikada qəbul olunan kapital adekvatlığının olduğu göstərilib.
“Beynəlxalq praktikada normalda bu 8%-dirsə, bu gün Azərbaycan bank sektorunda bu göstərici 17% səviyyəsindədir. Bu gün bankların likvidliyi 2 dəfədən çoxdur” – deyə, E.Rüstəmov söyləyib.
Ancaq bizim toxunmaq istədiyimiz məsələ başqadır. Belə ki, AMB-in fevral ayında korrektə adımmından sonra ölkədə problemli kreditlərin ödənilməsi ilə bağlı vəziyyət bir az da pisləşmişdi. Demək istədiyimiz budur ki, banklar və vətəndaşlar onsuz da çətin vəziyyətdə idilər. Bütövlükdə bank sektoru hələ özünə gəlməmişdi.
Xatırladaq ki, hətta bir arada banklar kreditləşdirməni dayandırmalı da oldular. Problemli kreditlərin səviyyəsi isə artdı. Və bu proses hələ də davam etməkdə idi.
Xatırladaq ki, 2015-ci il noyabrın 1-nə olan məlumata görə Azərbaycan kredit təşkilatları tərəfindən 18 milyard 566,4 milyon manat kredit qoyuluşunun 7 milyard 557,1 milyon manatı ev təsərrüfatlarına (istehlak kreditləri - red.) aid olub ki, bu rəqəm cari ilin sentyabr ayının yekunlarına (7 milyard 592,2 milyon manat) görə, 35,1 milyon manat və ya 0,46% az olsa da, bütövlükdə durmadan artmaqdadır.
Ona görə də ölkədə əhalinin bir qisminin kredit borclarının dövlət tərəfindən guya bağışlanacağı, gah da yaşayış minimumu və sair kimi göstəricilər ilə əlaqədar ödənilməməli olduğu kimi absurd xarakterli fikir və mülahizələr irəli sürülür.
Odur ki, fikrimcə, ilk növbədə dollarla kredit götürənlər üçün müəyyən təkliflər paketi və müvafiq geri ödəniş mexanizmi işlənib hazırlanmalıdır. Bu, bankların gələcək xilası üçün olduqca vacib sayılır.
Belə ki, əgər, yaranmış situasiyadan çıxmaq üçün manatın ucuzlaşdırılması yolu ilə ixrac potensialımızdan istifadəni yaxşılaşdırmaq və genişləndirmək istəyiriksə, buna mütləq bank sisteminin iştirakı ilə nail olmağa çalışmalıyıq. Çünki real sektor məhz kredit təklifinin genişlənməsi yolu ilə dəstəklənməlidir.
Təsadüfi deyil ki, AMB sədri də ixracın stimullaşdırılması üçün addımlar atmaq lazım gəldiyini vurğulayıb.
“Bu istiqamətdə düşünürük. İxracatçılar üçün ucuz kreditlərin verilməsi, digər güzəştlərin müəyyənləşdirilməsi istiqamətində İqtisadi İnkişaf Nazirliyi kompleks tədbirlər və proqramlar üzərində işləyir”- deyə, E.Rüstəmov bildirib. Kredit təklifini artırmaq üçün isə bankların problemli kreditləri azaldılmalıdır.
Sual yaranır ki, manatın kəskin devalvasiyası və yaxud üzən məzənnə siyasəti nəticəsində heç bir konkret adekvat tədbirlər həyata keçirmədən buna nail olmaq mümkündürmü? Şübhəsiz ki, yox. Bəs, bunlar nədən ibarət olmalıdır və ya ola bilər?
Fikrimizcə, manatın 50%-ə yaxın devalvasiyasından sonra bank sistemini problemli kreditlərin həcminin daha da artmasından sığortalamaq üçün vətəndaşların dollarla götürdükləri kreditlər üzrə aşağıdakı tədbirlərdən birini görmək lazımdır:
Birincisi, kreditlərin ya əvvəlki kursla - yəni, 1 dolların 1,05 AZN üzrə qaytarılması üzrə qərar qəbul edilməlidir.
İkincisi, kreditlərin ödənişi müddətləri maksimum müddətdə uzadılmaqla, faizləri aşağı salınmalıdır.
Üçüncü isə problemli kreditlərin müəyyən hissəsi dövlət tərəfindən banklara müvafiq maliyyə dəstəyi göstərilməsi - kompensasiyası yolu ilə ümumiyyətlə, sıfırlanmalı, yəni bağışlanılmalıdır.
Əvvəlki iki yoldan biri daha optimal variant sayılır...
O ki qaldı əhalinin banklardakı əmanətlərinin indeksləşdirilməsi, həmçinin istehlak qiymətləri yüksəlişindən sığortalanmanın təşkili və sair kimi istiqamətlərdə müvafiq addımların atılmasına bu sahələrdəki tədbirlər barədə ayrıca olaraq yazmaq lazımdır.