“Rus pulu, dollar” qışqıranlar qayıtdılar: 1 dollar 2 manata

“Rus pulu, dollar” qışqıranlar qayıtdılar: 1 dollar 2 manata “28 May” yaxınlığında “qara bazar” nümayəndələri öz kiçik şəbəkələrini qurublar

Ötən illərdə Azərbaycanda “mobil valyutadəyişmə” məntəqələri kimi geniş fəaliyyət göstərən, daha çox “rus pulu, dollar” qışqırtıları ilə xatirələrdə qalan valyutadəyişənlər yenidən fəallaşıblar.

ANS PRESS-in məlumatına görə, Bakıda özünü təqdim etmək istəməyən şəxs 1 ABŞ dollarını 1,75 AZN-ə almağı təklif edib.

Dolların alınmadığını görəndə isə o gülümsəyərək, hazırda heç kimin dollar satmadığını, yalnız aldığını bildirib. Daha bir satıcı isə bir ABŞ dollarını 2 manata təklif edib. Yəni, real müştəri varsa razılıq əldə oluna bilər...

Bütün bunlar ölkədə ötən əsrin 90-cı illərində olduğu kimi, yenidən “qara bazar”ın yaranmasından xəbər verir.

Hazırda “28 May” metrostansiyası yaxınlığında “qara bazar” nümayəndələri öz kiçik şəbəkələrini də qurublar və taksi şoferləri də bu işdə onlara yardımçıdır.

Xatırladaq ki, daha öncə Azərbaycan Banklar Assosiasiyası yaranan vəziyyətə aydınlıq gətirərək sabahdan 1 manatın 2 dollar olacağı ilə bağlı xəbrləri şayiə adlandırıb.

Oxşar xəbərlər