Bu dəfə Aydaho
ABŞ-ın Aydaho ştatının qubernatoru K.L.Buç Otter (C.L. “Butch” Otter) xüsusi bəyannamə imzalayaraq 26 fevral tarixini Aydahoda “Xocalı Qətliamını Anma Günü” elan edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, Baş Konsulluğa daxil olmuş bəyannamədə Xocalı qətliamı zamanı həyatını itirmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.
Qeyd edək ki, bu bəyannamə Aydaho ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk rəsmi sənəddir.
Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir.
Həmçinin qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Bəyannamə, eyni zamanda Aydaho ştatının dövlət katibi Lorens Deni (Lawerence Denney) tərəfindən də imzalanıb.
Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 21-ə çatıb.