ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı Qətliamı tanıyan ştatların sayı 20-yə çatıb

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, o, bəyanatda ştat sakinlərini 26 fevralı Xocalını Anma günü olaraq tanımağa və yad etməyə çağırıb.

Baş Konsulluğa daxil olan sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.

Bu bəyanat Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir.

“Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”, - deyə S.Bullok bəyanatda bildirir.

Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada Xocalını Anma günü elan edildiyi vurğulanır.

Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb.
ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı
ABŞ-ın daha bir ştatı Xocalı soyqırımını tanıdı

Oxşar xəbərlər