Cəlilabad: geniş yollar böyük ürəklərə aparır

Cəlilabad: geniş yollar böyük ürəklərə aparır Cəlilabad hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub

Redaksiyamıza Cəlilabad Rayonu İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov haqqında ilginc məlumatlar və bu mövzuda başqa yazılar daxıl olub. Yazılarda qısaca qeyd olunur ki, Cəlilabad rayonunda vəziyyət bərbad gündədir.
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun bir çox biznesləri və başçılıq etdiyi Cəlilabad rayon İcra Hakimiyyətində neqativ hallardan bəhs edilir.

Çox saylı yazıları nəzərə alaraq qanuninfo.az-nun əməkdaşlarından birini göndərdik Cəlilabad rayon İcra Hakimiyyətinə. Əməkdaşımız iş vaxtı orda oldu və ordakı işlərlə bağlı araşdırma apardı.

Cəlilabad rayon İcra Hakimiyyətində işləyən bir neçə işçiylə və rayon sakinləriylə də ünsiyyətdə olduq. Onlar Cəlilabad rayonunda hər bir işin öz qaydasında olduğunu bildirdilər. Cəlilabad rayonunda rayon sakinlərinə çox yaxşı münasibət göstərirlər və deyilənlərin yalan, böhtan oluqlarını qeyd etdilər. Və dedilər ki, kiminsə ağlında əlavə sual varsa gəlsinlər burdakı hər bir şəraiti, rayon sakinlərinə olan davranışları görsünlər sonra yazsınlar.

Bizimlə həmsöhbət olan cəlilabadlılar etiraf edirlər ki, hörmətli Əziz Əzizov İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunduğu ilk gündən onlar dövlətin qayğılı münasibətini daha dərindən hiss edirlər. Çünki bu münasibəti vətəndaşlara ötürməklə vəzifələndirilmiş Əziz Əzizov və onun rəhbərlik etdiyi rayon icra hakimiyyəti aparatı öz işlərinin öhdəsindən ləyaqətlə gəlirlər. Başqa bir özəllikdə ondadır ki, Əziz Əzizov Cəlilabad rayonunun və cəlilabadlıların potensialına yaxşı bələd olduğundan, tərəqqipərvər qüvvələri tez bir zamanda səfərbər edib onların güclərini rayonun daha da çiçəklənməsinə, iqtisadiyyatımızın inkişafı istiqamətinə yönəldə bilmişdir.

Cəlilabad hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub. Tarixiliklə müasirliyin qovuşduğu bu Azərbaycan şəhəri bu gün özünün görünməmiş inkişaf illərini yaşayır. Bu isə hər şeydən öncə ölkə rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Cəlilabad rayonuna da göstərdiyi diqqət və qayğının təzahürüdür. Rayon rəhbərliyinin, konkret olaraq isə Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Cəlilabadda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub

Ümumilikdə görülən bütün işlərin vaxtı-vaxtında həyata keçirilməsi prosesinə nəzarət etməklə vəzifələndirilmiş İcra başçısı Əziz Əzizov və onun rəhbərlik etdiyi aparat əhalinin elektrik enerjisi, qaz, su ilə təhcizatı məsələlərini diqqət mərkəzində saxlayırlar. Daimi iş yerlərinin açılması, Dövlət Proqramının əsas istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığın inkişafına dəstək müstəvisində xeyli tədbirlər həyata keçirilmişdir. Şəhid ailələri, Qarabağ əlilləri rayon rəhbərliyinin qayğısı ilə əhatələnmişlər.

İnamla deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Əziz Əzizov rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun yaxından qayğısı və köməkliyi sayəsində sosial quruculuq, adamların rahat yaşayışını və firavanlığını təmin etmək sahəsində həyata keçirilən islahatlar öz gözəl bəhrəsini bundan sonra da verəcək.

Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Əziz müəllimin üzünü və rayonda gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.
Cəlilabad: geniş yollar böyük ürəklərə aparır
Cəlilabad: geniş yollar böyük ürəklərə aparır
Cəlilabad: geniş yollar böyük ürəklərə aparır
Cəlilabad: geniş yollar böyük ürəklərə aparır
Cəlilabad: geniş yollar böyük ürəklərə aparır
Cəlilabad: geniş yollar böyük ürəklərə aparır
Cəlilabad: geniş yollar böyük ürəklərə aparır
Cəlilabad: geniş yollar böyük ürəklərə aparır
Cəlilabad: geniş yollar böyük ürəklərə aparır

Oxşar xəbərlər