Tolik: Sizə nə var, ay çaqqallar?

Tolik: Sizə nə var, ay çaqqallar? Prodüser Aygünlə Eltonun qalmaqalından yazdı

Prodüser Tarix Əliyev (Tolik) Aygün Kazımova və Elton Hüseynəliyev arasında yaşanan qalmaqala münasibət bildirib.

O, sosial şəbəkədə bunları yazıb:

“Aygün Kazımovanın elədiklərini heç kim edə bilməz. Eləsələr də, o vaxtla bu vaxt arasında çox fərq var. Bu, danılmazdır. Olə bilər ki, Aygün Kazımova Eltondan inciyib. Sizə nə var, ay çaqqallar? Nə düşmüsüz ortaya? İndi səhifəmdə Aygün xanıma pis yazsaydım, hamınız mənə qoşulacaqdız. Şou-biznesdə kişi müğənnilərini yığsalar Elton ön sırada olar. Aygünlə Eltonun küsülülüyünə 3-cü nəfəri qatmayın”.

Qeyd edək ki, Elton Hüseynəliyevin “ATV Maqazin 10larla” verilişinin “Həftənin hit mahnısı” rubrikasında xalq artistləri haqda söylədiyi fikirlər Aygün Kazımovanı əsəbiləşdirmişdi.

Aygün Kazımova isə sosial şəbəkədə Eltona “bir bunun davranışına, əl hərəkətlərinə baxın. Flora xanım kimi sənətkarın sözünü ağzında qoyur. Sənin nə həddindir ki, sən xalq artistləri haqda bu tonda rəy söyləyirsən?!” sözləri ilə reaksiya vermişdi.

Oxşar xəbərlər