2015-ci ildə müşahidə edilən devalvasiyalar 1997-ci ili xatırladır
Azərbaycan və Argentina Mərkəzi Banklarının 2015-ci il ərzində məzənnə siyasətində dəyişiklik etmələri 1997-ci ildə müşahidə edilən “Asiya böhranını” xatırladıb.
Bu barədə Bloomberg yazıb.
Bloomberg yazır ki, Çin iqtisadiyyatında müşahidə edilən zəifləmə, ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) faizlərin artışı barəsində qərarı regiona öz təsirini göstərib və bu haisələr 1997-ci ildə müşahidə edilən “Asiya böhran” ını xatırladıb.
“Cari il Vyetnamın dongunun dəyərinin aşağı salınması ilə başlayıb. Dekabr ayında isə Argentina və Azərbaycan peso və manatı devalvasiya edib. Bu addımlardan sonra hər iki pul vahidi üzən məzənnə rejiminin tətbiqi ilə birlikdə təxminən 30% ucuzlaşıb.
Siyasətçilər ixracatda rəqabət gücünün zəiflədiyini və valyuta ehtiyatlarının azaldığını və bu vəziyyətin, sabit məzənnə rejiminin davam etdirilməsinin böyük xərc tələb etdiyini bildiriblər", - deyə, dərgi yazır.
Commerzbank AGDEN Simon Quijano-Evansa görə, bu il çəkilən sabit məzənnə rejiminin sayı 1997 ilini ağıllara gətirib.
Londonda Commerzbankın inkişaf edən bazar strateqi Quijano-Evans deyib ki, “ölkələr uzun müddət sabit məzənnə rejimində qalarsa, həmin ölkələrin valyuta ehtiyatları daha çox əriyəcək. Bu halda, büdcəni doldurmaq və gəlirləri təmin etmək üçün neftdən güclü bir asılılıq yaranacaq”.
Bloomberg 2015-ci ildə baş verən devalvasiya və üzən məzənnə siyasətinə keçən ölkələrin siyahısını hazırlayıb:
1. Argentina pesosu 29% dəyər itirib.
2. Azərbaycanda üzən məzənnə rejiminə keçid manatın son 20 ildə ən aşağı səviyyəyə düşməsinə gətirib çıxartdı.
3. Qazaxıtsan milli pul vahidi təngə 23% dəyər itirib.
4. Çində müşahidə edilən iqtisadi zəifliyin yuanın üzərindəki təzyiqdən sonra bu pul vahidi də dollar qarşısında ucuzlaşdırılıb.
5. Misir isə valyuta ehtiyatlarının kəskin azalmasına görə, 3 dəfə milli pul vahidini, yəni Misir funtunu devalvasiya edib.
6. Oxşar hadisələr, Şri-Lanka və Cənubu Sudanda da müşahidə edilib. Cənubi Sudan milli pul vahidini nə az nə çox düz 84% ucuzlaşdırıb.