Bakıda sevgilisini qısqanan qız özünü binadan atdı

Bakıda sevgilisini qısqanan qız özünü binadan atdı Xəstənin vəziyyəti kritikdir

Dünən Bakının Xətai rayonunda intihara cəhd olub.

Bu barədə haqqin.az-a Xətai rayon Polis İdarəsindən bildiriblər.

Belə ki, təxminən saat 21.30 radələrində 1997-ci il təvəllüdlü Aşurova Xatirə Səlim qızı özünü Mehmandarov küçəsində yerləşən 2 saylı doqquzmərtəbəli evin 4-cü mərtəbəsindən atıb.

Hal-hazırda qız Azərsu xəstəxanasındadır. Xəstənin vəziyyəti kritikdir.

İlkin məlumata görə, Aşurovanın belə kəskin addımına səbəb sevgilisini qısqanması olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər