44 günlük müharibədən sonra Cənab Prezidentimizin Qarabağda sülhün bərqarar olması, dinc quruculuq işləri uğrunda gördüyü misilsiz siyasəti davam edir.Azərbaycanın milli maraqlarına yönələn, regionda sülhün bərpası uğrunda Prezidentimizin gördüyü məqsədyönlü işlərdən biri də Cənab Prezidentin Brüssel səfəridir. Ali Baş Komandanımız İlham Əliyev və onun uzaqgörən siyasəti Qafqazda sülhün ən böyük təminatçısıdır. Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti ,Şarl Mişellə görüşü dövlət başçısının böyük nüfuzunun göstəricisidir.
Artıq müharibə xalqımızın qələbəsi ilə bitmişdir. Qalib dövlət və qalib dövlət başçısı olaraq düşməni masada sülhə məcbur etmək zamanıdır. Bildiyimiz kimi ilk üçtərəfli görüş 2021 –ci il 14 dekabrda keçirildi. Bu danışıqlarda ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərarlar verildi.
Biz qan tökərək öz ata-baba yurdlarımızı azad etdik. İndi isə siyasət öz sözünü deməlidir. Yəni mənfur düşmən indiyə qədər etdiyi qanunsuzluqların hesabını verməlidir. Qanunlara, imzalanmış bəyanatlara əməl etməli, tabe olmalıdır. Nəzərə almalıyıq ki, düşmənimiz namərddir və indiyə qədər etdiyi cinayətlərin heç bir hesabını verməmişdir. Amma indi isə məcburən düşmən lideri bu sülh masasına çarəsiz şəkildə əyləşir. Bu Azərbaycan dövlətinin və Cənab Prezidentimizin uğurlu siyasətinin nəticəsidir.
Bu görüşlərdə gərginliyin azalması, tərəflərin sərhəd məsələlərinin bərpası müzakirə olundu və razılıq əldə edildi. Avropa İttifaqının da bu işlərdə bizim siyasətimizə dəstəyi mühüm amildir. Çünki 44 günlük savaşımızda həm də siyasətimizin doğruluğuna da dünya ictimaiyyətini inandırdıq.
İşğaldan azad olunan torpaqların minalardan təmizlənməsi, itkinlərin tapılması, infrastrukturun bərpası işləri indi dövlətimizin qarşısında ən birinci vəzifədir. Çünki biz düşmənə sübut etməliyik ki, Azərbaycan xalqaının , dövlətini ayaq basdığı hər qarış torpaq gülüstan olmalıdır. Mənfur erməni vəhşilərindən fərqimiz də budur. Biz bu qüdrətimizi bütün dünyaya sübut etdiyizə görə beynəlxalq siyasi təşkilatlar bizi dəstəkləyir və bizimlə razılaşır. Bu uğurda görülən işlərə görə Cənab Prezidentimizə minnətdarıq və uğurlar arzu edirik . Xalq və Rəhbər birliyi dövlətimizin qüdrətidir!
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Humay Vəliyeva