Prezident İlham Əliyevin Oksford Zirvə Toplantısında çıxışı

Prezident İlham Əliyevin Oksford Zirvə Toplantısında çıxışı
Prezident İlham Əliyev 2024-cü il iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında iştirak etdi.Cənab Prezidentimiz Zirvə toplantısı çərçivəsimdə “ Enerji və bağlantı “ mövzusunda dəyirmi masada çıxış etmişdir. Cənab Prezidentimizin çıxışı Azərbaycanın regionda söz sahibi olduğunu bir daha sübut etdi. Bu nüfuzun səbəbi uğurlu siyasət yürüdən Cənab Prezidentimiz İlham Əliyevdir. Elə bu səbəbdən də Cənab Prezidentimizlə Avropanın bir çox liderləri görüşlər keçirdilər. Macarıstan , Almaniya ,İsveçrə ,Finlandiya ,Litva kimi dövlətləri liderləri Prezidentimizlə şəxsən görüşlər keçirdilər. Bu görüşlərdə həm enerji təchizatı ,həm də Azərbaycanın Qafqazda sülhün mütləq təminatçısı olduğuna toxunuldu.
“Enerji və bağlantı “ mövzusunda Cənab Prezidentimiz qeyd etdi ki , Azərbaycan Avropanın qaz təchizatı ilə bağlı götürdüyü öhdəliyi hər zaman məsuliyyətlə yerinə yetirmişdir. Azərbaycandan 8 Avropa ölkəsi təbii qaz alır. Bolqarıstan , Yunanıstan , İtaliya , Yunanıstan ,Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi -Gürcüstan və Serbiya Avropa İttifaqına daxilolmaq üçün namizəddir. Həmçinin Türkiyə ilə qaz təchizatı ilə sıx əməkdaşlıq edirik .Eyni zamanda Azərbaycan Sloveniya ilə də əməkdaşlıq üçün razılığa gəlib. Azərbaycan 20 il ərzində tarixdə ilk dəfə olaraq Xəzərin Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etmişdir. Türkiyənin Ceyhan limanı ilə Avropanın həssas nöqtələrinə Azərbaycan nefti çatdırılır. 3 ildir ki , Azərbaycan Avropanın qaz təchizatı ilə bağlı mühüm addımlar atmışdır. Bizim Cənub Qaz Dəhlizimiz 2020-ci ilin dekabında istismara verilmişdi.Adriatik dənizinin dibi ilə 3500 km boru kəməri ilə istismara verilən Cənub Qaz Dəhlizi uğurla həyata keçirilir. Cənab Prezidentimiz çıxışı zamanı onu da qeyd etdi ki ,Azərbaycan 2027 -ci ilə qədər Avropanı ildə 20 milyard kubmetr qazla təmin etmək üçün əlindən gələni edir.Bütün bu öhdəlikləri yerinə yetirmək üçün dövlətimizin həm lazımi resursları ,infrastrukturu var.
Cənab Prezidentimizin yürütdüyü nüfuzlu siyasət dövlətimizi həm siyasi ,həm də iqtisadi cəhətdən yüksəldir.
Sabunçu rayaonu C.Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin Azərbaycan və ədəbiyyat müəllimi Vəliyeva Humay .


Oxşar xəbərlər