Suriyada 18 min fələstinlinin yaşadığı Yermuk düşərgəsində humanitar faciə yaşanır
qanuninfo.az rublika.az-a istinadən xəbər verir ki, bu barədə "Suriyadakı fələstinlilər üçün İşçi Qrupu"nun hesabatında deyilir.
Məlumata görə, rejim qüvvələri tərəfindən mühasirədə saxlanılan düşərgədəki qida və dərman çatışmazlığı 184 adamın ölümünə səbəb olub. Həyatını itirənlərdən 21-nin uşaq olduğu bildirilir.
Suriya rejimi ötən il Şərqi Guta və Yermuk qaçqın düşərgələri də başda olmaqla mühasirədə saxladığı bəzi bölgələrə qida ilə dərmanların çatdırılmasına məhdudiyyətlər tətbiq edib. Vəziyyəti belə görən suriyalı dini alimlər haram olmasına baxmayaraq, zərurət olduğu halda pişik və it ətinin yeyilməsinin mümkünlüyü barədə fətva veriblər.
Lakin bu da çıxış yolu deyil. Pişik əti yemək məcburiyyətində qalan fələstinlilər arasında zəhərlənənlərin olduğu xəbər verilir.