
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Saziş ticarət əlaqələrinin inkişafı və kommersiya müqavilələrinin həyata keçirilməsi zamanı Tərəflərin Dövlətlərinin ərazilərinə karantin tətbiq edilən zərərli orqanizmlərin məskunlaşması və yayılmasının qarşısının alınması sahəsində əməkdaşlığın əhəmiyyətini qəbul edərək, bitki karantini və mühafizəsi sahəsində əməkdaşlığı davam etdirmək, genişləndirmək və dövlət fitosanitar tədbirlərinin əlaqələndirilməsi məqsədi daşıyır.