İndoneziyada xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur
İndoneziyada baş verən terror aktları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
XİN-dən daxil olan məlumata görə, İndoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur:
"Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır.
Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunub. Azərbaycanın İndoneziyadakı Səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır".