
Prezident Mattarellanın Azərbaycana ikinci rəsmi səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsini nümayiş etdirir. 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq Sazişi və 2020-ci ildə qəbul olunmuş Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi əsasında bu illər ərzində siyasi dialoq intensivləşib, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşına çevrilib və enerji sahəsində əməkdaşlıq həm ikitərəfli, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verən strateji istiqamətə yüksəlib. Bu gün Prezident Mattarella ilə görüşdə onun 7 il əvvəlki səfərini xatırladıq. Həmin vaxt TAP layihəsinin icrası ilə bağlı problemlər vardı, lakin onun şəxsi müdaxiləsi nəticəsində məsələ həll olundu və 2020-ci ildən Azərbaycan qazı bu kəmərlə İtaliyaya ixrac olunmağa başladı. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə qaz ixrac edir və boru kəmərlərinin coğrafi əhatəsinə görə dünyada birinci yerdədir.
Azərbaycan nefti İtaliyanın enerji balansında birinci, qazı isə ikinci yerdədir ki, bu da uzunmüddətli etibarlı tərəfdaşlığımızı göstərir. Mən həmçinin Mattarellaya bildirdim ki, indi Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı üzrə işləyirik və yaxın vaxtlarda texniki-iqtisadi əsaslandırma hazır olacaq.TAP və Cənub Qaz Dəhlizi isə artıq daha böyük enerji layihələrinə yol açır. Prezident Mattarellanın əvvəlki səfərində bildirmişdi ki, biz Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa olunmuş sənaye müəssisəsinin açılışında iştirak etmişdik. Bu dəfə isə İtaliya-Azərbaycan Universitetinin açılışı baş tutacaq. Bu, enerji və sənaye sahəsində qurulan əməkdaşlığın humanitar sahəyə də keçdiyini göstərir. Universitetdə yüzlərlə tələbə təhsil alır və onlar gələcəkdə iki ölkə arasında dostluğun elçilərinə çevriləcəklər. “Biz, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdən danışdıq. İtaliya həmişə bu prosesdə dəstək göstərib, bunu hiss edirik. Son vaxtlar da Avropa İttifaqı ilə əlaqələrimizdə müsbət addımlar atılır, bu bizi təbii ki, məmnun edir. Bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm praktik işlərdə özünü göstərir. Mən hesab edirəm ki, uzaq məsafələrə baxmayaraq, bizim münasibətlərimiz digər ölkələr üçün nümunə ola bilər.” İtaliya-Azərbaycan Universiteti 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı yaradılma təşəbbüsü ilə ortaya çıxıb. 2022-ci ildə ADA Universiteti ilə beş İtaliya universiteti əməkdaşlıq sazişi imzalayıb və universitetin təməli Bakıda qoyulub. 2023-cü ildən tələbə qəbulu başlayıb; hazırda 538 bakalavr və 102 magistr tələbəsi təhsil alır. Tədris proqramları mühəndislik, memarlıq, dizayn, şəhərsalma, kənd təsərrüfatı, heyvandarlıq və menecment sahələrini əhatə edir, həmçinin sertifikat və ixtisasartırma kursları mövcuddur. Tədris korpuslarında sinif otaqları ilə yanaşı, İtaliyanın Bolonya və Milan Politexnik universitetləri ilə birgə yaradılmış 6 tədqiqat və 7 tədris laboratoriyası fəaliyyət göstərəcək. Burada memarlıq kitabxanası, şəhərsalma, landşaft və foto-video studiyaları, dizayn emalatxanaları və praktiki dərslər üçün müasir texnoloji imkanlar mövcuddur. Tədris korpusunda yerləşən “bazar meydanı” Azərbaycanın tarixi “İpək Yolu”nu əks etdirir və tələbə-müəllim layihələrinin illik sərgilərinə ev sahibliyi edəcək. Bu fəaliyyətlər universitet-sənaye-dövlət əməkdaşlığını gücləndirir və İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinə töhfə verir.
Maştağa qəsəbəsi, 209 saylı tam orta məktəbin
Tarix müəllimi Bəhram Şamıyev