Azərbaycan-İtaliya münasibətlərində ən mühüm istiqamətlərdən biri energetikadır

Azərbaycan-İtaliya münasibətlərində ən mühüm istiqamətlərdən biri energetikadır Azərbaycan Respublikası beynəlxalq münasibətlər sahəsində dövlətlərarası əməkdaşlıq və əlaqələrin dərinləşməsi istiqamətində daim uğurlu addımlar atıb. Bu anlamda İtaliya ilə münasibətlər də xüsusi strateji əhəmiyyət daşıyır.
Azərbaycan ilə İtaliya arasında əlaqələr son zamanlarda sürətlə inkişaf edir.
Sentyabrın 30-da Bakıya səfər edən İtaliya Prezidenti Serjio Mattarella ilə Cənab Prezident İlham Əliyevin keçirdiyi görüş də bu əməkdaşlığın növbəti mühüm mərhələsidir.
Cənab Prezidentin sözlərinə görə, iki ölkə arasındakı münasibətlər həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə uğurla davam edir.
Azərbaycan-İtaliya münasibətlərində ən mühüm istiqamətlərdən biri energetikadır.
Xüsusilə 2020-ci ildən istismara verilən TAP layihəsi sayəsində Azərbaycan qazı Avropa, o cümlədən İtaliya bazarına çıxarılır. Bugün Cənubi Qaz Dəhlizi vasitəsilə ilə Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Hazırda Azərbaycanın nefti İtaliya neft balansında birinci yerdədir və ən böyük qaz təchizatçılarından biri kimi tanınır. Bu əməkdaşlıq uzun və etibarlı tərəfdaşlıqdan xəbər verir.
Bu layihə həm Azərbaycanın enerji ixrac imkanlarını genişləndirib, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm rol oynayıb.
İki ölkə arasındakı əlaqələrin mühüm istiqamətlərdən biri də təhsil və elm sahəsində əməkdaşlıqdır. İtaliya–Azərbaycan Universiteti bu istiqamətdə tarixi addım kimi dəyərləndirilir. Bu Universitetdə artıq yüzlərlə tələbə təhsil alır. Yüksək təhsil alan və bundan sonra təhsil alacaq tələbələr Azərbaycan-İtaliya dostluğunun möhkəmlənməsində mühüm rol oynayacaqdır.
İtaliya-Azərbaycan Universiteti mühəndislik, memarlıq, informasiya texnologiyaları və digər ixtisaslar üzrə bakalavr və magistr proqramları həyata keçirilir. Bu universitetin yaradılması ilə təhsil alan tələbələrə müasir texnologiyalara əsaslanan tədris imkanları da təqdim olunur. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə ilk təşəbbüs 2020-ci ildə Cənab Prezident İlham Əliyev tərəfindən İtaliyaya səfəri zamanı irəli sürülüb. 2022ci ildə isə Bakıda təməli qoyulub. Oktyabrın 1də İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpusunun açılışı oldu.
Universitet eyni zamanda İtaliyanın tanınmış ali məktəbləri – Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və digərləri ilə əməkdaşlıq edir.
İtaliya Azərbaycanın Avropadakı ən böyük tərəfdaşlarından biri kimi çıxış edir.
Bu əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır, həm də ticarət, sənaye, texnologiya, humanitar sahələrdə qarşılıqlı fayda əsasında genişlənir.
Azərbaycan–İtaliya münasibətləri bugünkü inkişaf səviyyəsi ilə strateji tərəfdaşlıq nümunəsinə çevrilib. Enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, elm və təhsil sahəsində atılan addımlar göstərir ki, bu münasibətlər gələcəkdə daha da dərinləşəcək.
Bakıdakı İtaliya–Azərbaycan Universiteti isə iki xalq arasında elm və mədəniyyət körpüsü rolunu oynayaraq bu tərəfdaşlığı daha da möhkəmləndirəcək və İtaliya təcrübəsi Azərbaycan təhsilinə töhfə verməklə inkişafda yüksələcəkdir.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Nisə Sadıqova

Oxşar xəbərlər