Azərbaycan və Latviya arasında əlaqələr uzun illərdir ardıcıl şəkildə inkişaf edir və 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib

Azərbaycan və Latviya arasında əlaqələr uzun illərdir ardıcıl şəkildə inkişaf edir və 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında formalaşan siyasi və iqtisadi münasibətlər qarşılıqlı maraqlara əsaslanmaqla davamlı inkişaf xətti üzrə irəliləyir. Hər iki ölkə fərqli coğrafi regionlarda yerləşməsinə baxmayaraq, strateji baxımdan bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış edir. Azərbaycan və Latviya arasında əlaqələr uzun illərdir ardıcıl şəkildə inkişaf edir və 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təməli isə 1997-ci ildə qoyulub və gələn il bu münasibətlər 30 ilinə qədəm qoyacaq. Son dövrlərdə dövlət başçıları arasında təmasların intensivləşməsi siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərir. Şuşada keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası və Bakıda təşkil olunan biznes-forum ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların genişləndirilməsi baxımından mühüm platformadır. Aprelin 22-də Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir. Görüş çərçivəsində iki ölkə başçıları arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib, iki ölkə rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib və Azərbaycan və Latviya araında 5 mühüm sənəd mübadilə edilib.Öz növbəsində birgə mətbuat konfransında çıxış edən Latviya Prezidenti Edqars Rinkeviçs ölkəsinin Azərbaycanla strateji tərəfdaş olduğunu qeyd edərək bildirib ki, bu gün Bakıda keçiriləcək biznes-forum Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa təkan verəcək. Azərbaycanın Cənubi Qafqazın qovşağı, Latviyanın isə Baltikyanı regionun mühüm liman mərkəzi olması bu tərəfdaşlığı qitələrarası miqyasda daha əhəmiyyətli edir. Məhz bu imkanlar Azərbaycan-Latviya əlaqələrinin sadəcə diplomatik deyil, həm də çoxşaxəli iqtisadi sütunlar üzərində möhkəmləndiyinin göstəricisidir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
Coğrafiya müəllimi Şəlalə Səmədova

Oxşar xəbərlər