Azərbaycan Prezidenti İtaliyaya işgüzar səfəri çərçivəsində çoxsaylı görüşlər keçirdi. Əvvəlcədən deyə bilərik ki, bu görüşlər İtaliya ilə Azərbaycan arasında strateji münasibətlərin daha da dərinləşməsi və gələcək əməkdaşlıq imkanlarının perspektivləri baxımından olduqca əhəmiyyətli idi. Səfər çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması Avropanın ən böyük iqtisadiyyatlarından birinə sahib olan bu ölkə ilə Azərbaycan arasında yeni bir səhifə açdı. Azərbaycan ilə İtaliyanın çoxəsrlik tarixə əsaslanan oxşar dövlətçilik ənənələri, maddi-mədəniyyət nümunələri, hər iki xalqın adət-ənənələrinə bağlılığı ölkələrimiz arasındakı münasibətləri vahid məqsəd naminə birləşdirir.
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində keçirilən görüşlər, iki ölkə arasında 2020-ci ildə imzalanan “Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” fonunda əməkdaşlığın ayrı-ayrı sahələr üzrə inkişafına xüsusi diqqətin göstərilməsi, Azərbaycanın tarixi Zəfərindən sonra beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsi barədə səsləndirilən fikirlər, hər iki dövlət tərəfindən təcrübə mübadiləsini genişləndirəcək təkliflərin irəli sürülməsi və atılan digər addımlar münasibətlərimizin yeni reallıqlara uyğun inkişafını müəyyənləşdirir. Azərbaycan Prezidentinin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda iştirakı isə ayrıca bir hadisə hesab edilə bilər. Dövlət başçısının çıxışında çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi layihəsinin uğurla başa çatması, TANAP və TAP qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın enerji siyasətinin beynəlxalq aləmdə uğurları kimi önə çəkildi. Bu fikir bir daha diqqətə çatdırıldı ki, Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkədir və dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qısa zamanda Avropa bazarına, o cümlədən İtaliyaya neft ixrac edən ölkəyə çevrildik.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumdakı çıxışı auditoriya tərəfindən böyük maraqla qarşılandı. Forum çərçivəsində dövlət başçısı İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırdı. Bütövlükdə İtaliya görüşlərinin nəticələrini qiymətləndirməli olsaq əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin xarici ölkələrə hər bir səfəri münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır.
Ağayev Əlihüseyn, Nardaran bələdiyyəsinin sədri