“O səs Türkiyə” yenə azərbaycanlı fırtına qopartdı. Reportyor.tv xəbər verir ki, Leyla Rəhimova adlı iştirakçı “Özlədim” adlı türk mahnısını ifa edib. Həmyerlimizin ifası münsif kürsüsündə əyləşənlərin hamısının rəğbətini qazanıb. İfanı bəyənən münsiflərin hər biri azərbaycanlı ifaçını öz qrupunda görmək üçün, sözün əsl mənasında, mübarizə aparıblar. Hadisə ayağa duraraq, az qala Leyla Rəhimovaya yalvarıb. Həmyerlimiz isə uşaqlıqdan Ebru Gündeşi dinlədiyini desə də, sonda Murat Bozu seçib.