Hər zaman “Qarabağ Azərbaycandır” sözlərini deyən Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl rayonuna böyük coşqu və izdihamla müşayiət olunan səfəri bu fikrin gerçəkliyini sübuta yetirdi

Hər zaman “Qarabağ Azərbaycandır” sözlərini deyən Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl rayonuna böyük coşqu və izdihamla müşayiət olunan səfəri  bu fikrin gerçəkliyini sübuta yetirdi

Hazırda işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin bölgələrə, xüsusilə də işğaldan azad olunmuş ərazilərimizə səfərləri yeni-yeni təməlqoyma və açılış mərasimləri ilə müşayiət olunur.
Dövlətimizin başçısının Cəbrayıla səfəri də bu baxımdan əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, səfər zamanı Prezident İlham Əliyev Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub.”KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi, ”Araz Vadisi İqtisadi Zonası” nın yaradılması qərarı bölgənin sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edəcək.
Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, rayon Mərkəzi Xəstəxanasının akademik Mehdi Mehdizadə adına 960 şagirdin təhsil alacağı məktəb binasının təməllərinin qoyulması da “Böyük Qayıdış” istiqamətində atılan vacib addımlar kimi səciyyələndirilir. Bir daha tam əmin oluruq ki, atılan hər bir addım Azərbaycanın inkişafına böyük töhfələr verəcək. Eyni zamanda həmin bölgələrə qayıdan insanların işlə təmin olunması,onların sosial rifahı da dövlətimizin diqqət mərkəzindədir.
Hər zaman “Qarabağ Azərbaycandır” sözlərini deyən Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl rayonuna böyük coşqu və izdihamla müşayiət olunan səfəri bu fikrin gerçəkliyini sübuta yetirdi.


Sabunçu qəsəbəsi, 170 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Zahidə Əzizova

Oxşar xəbərlər