Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak edəcək

Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak edəcək Dekabrın 4-də xarici işlər naziri Ceyhun Bayramov Malta Respublikasının paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirakı və çıxışı, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər