27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm qələbə tariximizdir

27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm qələbə tariximizdir
27 sentyabr-milli ruhumuzun,milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi.2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik siyasətinin yerinə haqlı davamızın nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması,o torpaqlara əsl sahiblərinin qaytarılması gerçəyini qoydu.
Cənab Prezident İlham Əliyev də öz çıxışlarında bu günün dərin önəmini vurğulamışdır:”Əziz həmvətənlər,Anım Günündə bütün şəhidlərimizin ruhu qarşısında,Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında baş əyir,onların yaxınlarına deyirəm ki,mən demişdim,onların qanı yerdə qalmayacaq və qalmadı.Biz onların qanını aldıq!Mən demişdim ki,biz onların qisasını döyüş meydanında alacağıq,belə də oldu.Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.Onların qəhrəmanlığı,fədakarlığı artıq dastana çevrilib.”
27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm qələbə tariximizdir.44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın. Həmin düşmən ki, 30 il ərzində bizə meydan oxuyurdu, 30 il ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışırdı. Azğınlaşmış, harınlamış, quduzlaşmış, qudurmuş düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.Azərbaycan ordusu noyabrın 9-dək 5 şəhər,4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi.Üçtərəfli bəyənata əsasən,noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi.Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.Nəhayət,2022-ci il avqustun 26-da üçtərəfli bəyənata uyğun olaraq,Ağdam,Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması yekunlaşdı.İkinci Qarabağ müharibəsi ilə düşmən torpaqlarımızdan qovuldu,ədalət bərpa olundu.Azərbaycan öz coğrafiyası üçün cızılan bütün xain planları alt-üst etdi,torpaqlarına sahib çıxdı.Bütün bunlar ağır itkilərlə başa gəldi.Ancaq Azərbaycan 27 sentyabrda verdiyi müharibə qərarında doğru addım atdı,buna beynəlxalq hüquqla da,mənəvi baxımdan da tam haqqı çatırdı.Ərazisinin 20 faizini itirmiş,atəşkəs rejimi müddətində belə erməni hücumlarına məruz qalmış,şəhidlər vermiş ölkənin tək çıxış yolu bu idi.Cənab İlham Əliyev də qeyd etdiy kimi:”Azərbaycan xalqı heç vaxt işğalla barışmaycaq,nəyin bahasına olursa olsun biz öz torpaqlarımızı geri qaytaracağıq.Dəfələrlə demişdim ki,düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa,biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu.Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq,güc topladıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik.”
“Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Azərbaycan bu gün qalib dövlət kimi yaşayır,bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır!

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Məleykə Əkbərova


Oxşar xəbərlər