Artıq hər kəs üçün dərk edilən həqiqətdir ki,ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı kimi mövqeyi getdikcə möhkəmlənir.Avropa İttifaqı ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlığın təməli isə 1999-cu il iyulun 1-də imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulmuşdur.Sonrakı illərdə bu əməkdaşlıq xeyli dərəcədə yeni keyfiyyət mərhələsinə daxil olmuş,neft,qaz və bərpaolunan enerji mənbələri,hidrogen,enerji səmərəliliyi və başqa sahələr tərəglər üçün getdikcə daha çox aktuallıq kəsb etməyə başlamışdır.
Onu da qeyd etmək vacibdir ki,Cənab Prezident İlham Əliyevin strateji inkişaf üçün yol xəritəsi kimi dəyərləndirdiyi Anlaşma Memorandumu ölkəmizlə Avropa ölkələri arasında planlaşdırılan prioritet məsələlərin həllinə imkan yaradacaq.
Bu günkü gün belə bir reallıq bizim üçün qürurvericidir ki,qoca qitənin 8 ölkəsi Azərbaycan qazı ilə isinir.Onlardan beşi-Bolqarıstan,Yunanıstan,İtaliya,Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür.Sayılı günlərin mövzusudur ki,yeni tərəfdaş-Sloveniya Azərbaycan qaz bazarının fəal idxal ölkəsinə çevriləcəkdir.
Bu günlərdə “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı”mövzusunda təşkil edilmiş dəyirmi masada Möhtərəm Prezident İlham Əliyevin çıxışında bu məsələlər geniş aspektdə işıqlandırılmış,ölkəmizin etibarlı tərəfdaş kimi rolu toplantı iştirakçılarının diqqətinə çatdırılmışdır.
O da qeyd edilmişdir ki,çox mühüm siyasi hadisələrin cərəyan etdiyi qitə ilə münasibətdə əməkdaşlığın inkişaf dinamikası qorunub saxlanılır.Belə ki,əgər 2021-ci ildə Avropa qitəsinə qaz təchizatımız 8 milyard kubmetr civarında idisə,bu il bu statistikanın 13 milyard həddini aşacağı gözləntisindəyik.2027-ci ilə qədər isə ixracatın 20 milyard kubmetrə çatdırılması strateji hədəfimizdir.
Təsadüfi deyil ki,Avropa Komissiyası Azərbaycanı enerji resurslarının nəqli üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır.Cənab Prezident çıxışında bu məsələlərə toxunaraq,bəyan etmişdi:” Bizim enerji layihələrinə gəlincə, Azərbaycan etibarlı təchizatçı olub. Demək olar ki, 20 il ərzində biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış etdik və qonşularımızla birlikdə onu istismara verdik. İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Üç ildən artıqdır ki, biz mühüm qaz təchizatçısına çevrilmişik. Bizim qaz kəmərimiz - Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verilib. Sözsüz ki, müqavilələr bundan əvvəl imzalanmışdı və biz avropalı tərəfdaşlarımızı dərhal təchiz etməyə başladıq. Bundan əvvəl bizim tərəfdaşlarımız yalnız Gürcüstan və Türkiyə idi. Beləliklə, qismən Adriatik dənizinin dibi ilə uzanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi - Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq.
Görünən odur ki,investorları,enerji alıcılarını ölkəmizə cəlb edən əsas cəhət etibarlılıq və dürüstlükdür.Son illər ərzində ölkəmizdə yaranmış sağlam psixoloji mühit,infrastruktur yenilənmələr əcnəbi partnyorların maraqlarının qarantı kimi çıxış etməkdədir. Ticarət və logistika zəncirlərinin pozulduğu, bəzi dövlətlərin birtərəfli qaydada müqavilələrə xitam verdiyi pandemiya dövründə də Azərbaycan bütün öhdəliklərini yerinə yetirdi. Uzunmüddətli müqavilələr siyasəti Azərbaycana tədarükün proqnozlaşdırıla bilənliyini və etibarlılığını təmin etməyə imkan verir.
İqtisadi sahədə öhdəliyin şərəflə yerinə yetirilməsi Azərbaycanın nüfuzunun yüksək dərəcədə artması,beynəlxalq imicinin yüksəlməsi deməkdir.
Təhmasib Məmiyev
192 saylı tam orta məktəbin direktoru