Azərbaycan – Qazaxıstan münasibətləri günbəgün inkişaf edir

Azərbaycan – Qazaxıstan münasibətləri günbəgün inkişaf edir Son iki ildə Prezident İlham Əliyevin Qazaxıstana dörd dəfə səfər etməsi, Qazaxıstan Prezidentinin Azərbaycana üç dəfə səfər etməsi ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasına bir sübutdur.
Azərbaycanın ikinci dəfə ŞƏT- in Zirvə toplantısına dəvət olunması üzv ölkələr arasında inkişaf edən tərəfdaşlıq kimi qiymətləndirilir. Coğrafi mövqeyi və qoyulmuş sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat – logistika qovşaqlarından birinə çevrilməyə şərait yaradır. Azərbaycan üzvlərlə birgə Orta Dəhlizin rəqəmsallaşdırılması üzərində işləyir. Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini 15 milyon tondan 25 milyon tonadək artırmaq niyyətindədir.
2023- cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etdikdən sonra beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu.
Bu il Azərbaycan COP29- a ev sahibliyi edəcək. Bakıda təşkil olunacaq yarışda inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik.
Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə kömək məqsədilə texniki yardım fondu yaratmaq niyyətindədir. Bununla da kiçik ada dövlətlərinin inkişafına dəstək olmağa çalışacağıq.



Əliyeva Mehri – Sabunçu rayonu N. Nərimanov adına 128 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Oxşar xəbərlər