İlham Əliyev Astanada “ŞƏT plyus “ formatında görüşdə çıxış edib

İlham Əliyev Astanada  “ŞƏT plyus “ formatında görüşdə çıxış edib İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT” plyus formatında görüş keçirilib. Tədbirdə iştirak etmək üçün Qzaxıstana səfər edən dövlət başçımızı Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
“ŞƏT plyus” formatında çıxış edən Qazaxıstan prezidenti Azərbaycanın ŞƏT-ə üzv ölkələrlə yüksək səviyyəli əlaqələrinə toxundu, bu ilin noyabrında Bakıda keçiriləcək COP29-un əhəmiyyətini vurğuladı. Tədbirdə fəxri qonaq qismində iştirak edən İlham Əliyevə söz verildi.
Dövlət başçımız çıxışında ŞƏT Zirvə toplantısına dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkür edərək bildirdi ki; Son iki ildə Qazaxıstana dördüncü səfərimdir.Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib və bu,ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan ikinci dəfədir ki,ŞƏT Zirvə toplantısında iştirak edir.Biz bunu Azərbaycanın üzv dövlətlərlə arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndiririk.Coğrafi mövqeyi baxımından Azərbaycan Avrasiyanın nəqliyyat logistikası qovşaqlarından birinə çevrilir.
Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1milyon tondan 5milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Azərbaycan,həmçiinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında da mühüm rol oynayır.”
Prezidentimiz İlham Əliyev çıxışında COP29-a ev sahibliyi edəcəyini bildirdi.Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycanda bu tədbir baş tutacaq.
Azərbaycan prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır.Bunun üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
Ilham Əliyev ŞƏT-ə üzv dövlətləri COP29-a dəvət etdiyini də bildirib.
Qeyd edim ki,Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir.2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirənmemorandum imzalanıb.
Bakı şəhəri 96nömrəli orta məktəbin müəllimi, Rəhimova Şəbnəm

Oxşar xəbərlər