Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub. Görüşdə əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident bildirib ki, Azərbaycanın böyük dostu, qardaş Tacikistanın Prezidenti Emoməli Şaripoviç Rəhmonu qəbul etmək onun üçün böyük şərəfdir. Cənab prezident İlham Əliyev xüsusi ilə vurğulayıb ki, nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında iki ölkənin qarşılıqlı fəaliyyəti ilə bağlı məsələlərin geniş spektri müzakirə edilib, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətin üzvlərinə konkret tapşırıqlar verilib. Tərəflər arasında imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinə diqqət çəkən president deyib: ”Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub”.
Qeyd edək ki, Strateji Tırıfdaşlıq Bəyannaməsi ilə yanaşı tərəflər arasında 14 sənəd imzalanıb. Cənab prezident İlham Əliyev öz bəyanatında mədəni tərəfdaşlığa toxunaraq qeyd edib ki, Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir və Tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir. Tacikistan və Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq sahələrindən biri kimi nəqliyyat sektorunun əhəmiyyətini ön plana çəkən ölkə başçısı Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizinin Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihə olduğunu vurğulayıb. O əlavə edib ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
direktoru Mehriban Hacıyeva