2024-cü ilin may ayının 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı Azərbaycan və Tacikistan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişdirlər. Görüşdə iki ölkə arasında əlaqələrin məmnunluq doğurduğu qeyd edilmişdir. Bildirilmişdir ki, Tacikistanla qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyunca əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi, mehribanlıq dayanır. Ümumiyyətlə, Azərbaycanla Tacikistan arasında olan diplomatik münasibətlərin əsası 1992-ci il mayın 29-da qoyulmuşdur. 2007-ci ildə Azərbaycanın Tacikistanda, 1 il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. Ölkələrimiz arasında səmimi dostluq münasibətlərinin qurulmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun rolu böyükdür. İki rəhbər arasında olan dostluq səfərlərin intensivliyində və məhsuldarlığında da özünü büruzə verir. Qeyd edək ki, Prezident İlham Əliyev indiyə kimi Tacikistana altı dəfə səfər etmişdir. Azərbaycanla Tacikistan arasında ümumilikdə 70-dən çox sənəd, həmçinin 2007-ci il mart ayının 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” də imzalanmışdır. İki ölkə arasında elm və təhsil sahəsində də münasibətlər yüksək səviyyədədir. Belə ki, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim edilmişdir. 2018-ci il avqustun 11-də isə Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilmişdir. Hal-hazırda Azərbaycanın müxtəlif universitetlərində 40-a qədər tacikistanlı tələbə təhsil alır.
Bu gün ölkələr arasında olan münasibətlər ən yüksək səviyyəyə çatdırılmışdır. Həmçinin Azərbaycanda Tacikistan Mədəniyyət Günləri keçirilir. Bu, tacik xalqının maddi-mədəni irsinin öyrənilməsi və öyrədilməsi baxımından olduqca mühüm hadisədir.
Əvvəlki görüşlərdə olduğu kimi 23 may tarixli görüşdə də nəqliyyat sektoru diqqət mərkəzində olmuşdur. Belə ki, Orta Dəhliz və onun bir hissəsi olan transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihədir. Azərbaycan Respublikası öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq tam başa çatdırmışdır və artıq, demək olar ki, bir çox istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə olan yükləri qəbul etməyə qadirdir.
Rəsmi səfər zamanı Azərbaycanla Tacikistan arasında Strateji Tərəfdaşlıq Bəyənnaməsi ilə birlikdə ümumilikdə 14 sənəd imzalanmışdır. İmzalanmış sənədlər münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirmişdir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirmişdir. Bu gün Mərkəzi Asiya ölkələrindən, hətta Çindən Avropaya gedən ən qısa və eyni zamanda ən təhlükəsiz tranzit daşımalar ölkəmizin ərazisindən keçirilir, təbii ki, bu da Azərbaycan marağı get-gedə artırır.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva