
milli.az xəbər verir ki, sürücülərin sözlərinə görə isə avtomobili yarım saata şarj etmək olur.
Məsələ ilə bağlı AYNA-dan bildirildi ki, şarj məntəqələrində müvafiq məlumat lövhələri quraşdırılıb. Yalnız belə lövhələr quraşdırılan məntəqələr sırf şarj məntəqələri kimi nəzərdə tutulub. Həmin küçədə isə ümumi park qaydaları tələb olunduğundan park ödənişinin tələb olunması qanunidir.
Həmçinin, qeyd edilir ki, AYNA ilə razılaşmadan sadəcə enerji doldurma avadanlıqları ilə təmin edilməklə təşkil edilən məntəqələr şarj məntəqəsi hesab edilmir. Həmin yerin xüsusi bir rənglə boyanması da oranın şarj məntəqəsi olduğunu göstərmir.