Məktəblilər üçün ŞAD xəbər: ağır çanta probleminə SON

Məktəblilər üçün ŞAD xəbər: ağır çanta probleminə SON Eksper deyir ki, şagirdlər fiziki kitab daşımaqdan qurtulacaq, müəllimlər üçün metodik materialların istifadəsi asanlaşacaq

Məktəblərdə istifadəyə verilən yeni və təkmilləşdirilmiş kağız dərsliklər əsasında rəqəmsal dərsliklər hazırlanacaq. Bu barədə mediaya Elm və Təhsil Nazirliyindən məlumat verilib. Məlumata görə, rəqəmsal dərsliklərin hazırlanmasına sərf olunacaq vəsaitin həcmi də müəyyənləşib. Belə ki, nazirliyin sifarişi ilə rəqəmsal dərslikləri "İnnovative Business Products" şirkəti hazırlayacaq.

Nazirliklə şirkət arasında bununla bağlı 200 min manat dəyərində müqavilə bağlanılıb.

Bundan əlavə, nazirlik bir müddət əvvəl Təhsil Resursları Mərkəzi ilə ümumilikdə maliyyə dəyəri 1 milyon 817 min manat olan iki yeni müqavilə bağlayıb. Müqavilələrdə dərslik və metodik vəsaitlərin hazırlanması, eləcə də Azərbaycan dilində olan orijinal dərslik və metodik vəsaitlərin digər tədris dillərinə tərcüməsi və törəmə nəşrlərinin hazırlanması nəzərdə tutulur.

Məktəblilər üçün ŞAD xəbər: ağır çanta probleminə SON


Təhsil üzrə mütəxəssis Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a deyib ki, rəqəmsal dərsliklərin hazırlanması istiqamətində indiyə qədər müəyyən işlər görülüb və hazırda bir çox dərsliklərin elektron versiyasından istifadə mümkündür: "Hazırda elektron dərsliklər mövcuddur və bu sahədə müvafiq platformalar fəaliyyət göstərir. Vətəndaşlar bəzən çap olunmuş dərslikləri əldə edə bilmədikdə, həmin dərsliklərin elektron variantlarını PDF formatında yükləyə bilirlər. Hazırda sərf rəqəmsal dərsliklərin istifadəsi məsələsi Nazirlikdə də müzakirə olunur və yaxın gələcəkdə müvafiq şirkət tərəfindən hazırlanacaq. Bu prosesdə dərsliklərin dili, verilən məlumatların dəqiqliyi, yığcam olması nəzərdə tutulur. Düşünürük ki, rəqəmsal dərsliklər geniş tətbiq olunmağa başladıqdan sonra kağız dərsliklərdən istifadənin miqyası xeyli azalacaq. Şagirdlər yalnız ağır çantalar yox, planşet aparmaqla ümumi bilik və bacarıqlarını inkişaf etdirə bilərlər. Alınarsa, ən gec 5-10 il müddəti üçün nəzərdə tutulur. Çünki paytaxtda “elektron məktəb” layihəsi fəaliyyətə başlayıb. Əgər bu layihə özünü doğruldarsa, onun bütün ölkə üzrə təhsil müəssisələrini əhatə edəcək. Bu da yanaşma jurnallarının üzərində qiymətləndirmə aparılması və kağız jurnallardan istifadənin qarşısını almaq baxımından mühüm addım hesab olunur. Əgər dərsliklərdə də bu yenilik təsdiqini taparsa, gələcəkdə artıq məktəbli çantalarının ağırlığı ilə bağlı məsələ də gündəmdən çıxacaq”.

Oxşar xəbərlər