
"Politico" yazır ki, Təl-Əviv artıq bu istiqamətdə bir neçə fəaliyyət variantı üzərində işləyir.
Məlumata görə, İsrail rəhbərliyi Qərb sahilində Fələstin Milli Administrasiyasının nəzarətində olan ərazilərin ilhaqını sürətləndirmək planını gündəmə gətirib.
Bununla yanaşı, diplomatik və simvolik addımlar da nəzərdən keçirilir. Onların arasında İsraildəki Fransa konsulluğunun bağlanması və Fransaya məxsus obyektlərə – o cümlədən xristianların ziyarətgahı olan Eleona monastırına girişin məhdudlaşdırılması da var.