Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı – qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub . Savadlı , bilikli, vətənprəvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər.
Azərbaycan xalqı elə bir qəhrəmanlıq , elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kimisə güzəşti hesabına yox , döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Mənfur düşmən düzgün hesablamalar aparmamışdı. Özlərini özlərinin uydurduqları miflərə o qədər inandırmışdılar ki, hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya biləcəklər.
44 günlük vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik . Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdi . Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8 – də Şuşanın azad edilməsi düşmənin belini qırdı.
-Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümükün deyildi.
Antiterror əmləliyyatı nəticəsində biz tarixi əzəli torpaqlarımızı işğalçılardan azad etdik, dövlətimizin gücünü və siyasi iradəsini göstərdik, heç kimlə hesablaşmadan lazım olan əməliyyatları böyük peşəkarlıqla keçirdik.
Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qouyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslübunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir.
Bilgəh qəsəbəsi, 142 nömrəli tam orta məktəbin
texnologiya müəllimi Nəzakət Salmanova