Ağ Ev: İranın lidelərinin öldürməsinin səbəbi budur

Ağ Ev: İranın lidelərinin öldürməsinin səbəbi budur ABŞ Prezidenti Donald Tramp İranın enerji infrastrukturuna hücumlara fasilə verib və bu, İran üçün bir fürsətdir.

Bunu Ağ Evin sözçüsü Karolin Livitt deyib.
K. Livitt bildirib ki, İran rejimi getdikcə daha çox əməkdaşlıq etməyə hazırlaşır: “Onlar ictimaiyyətə bir şey deyirlər, bizə isə başqa şey. Prezident Tramp İranın enerji infrastrukturuna hücumlara 10 günlük fasilə verib. Bu, İran üçün ömürdə bir dəfə verilən fürsətdir .
ABŞ-ın İrana dağıdıcı güclə hücum etdiyini vurğulayan Ağ Ev sözçüsü əlavə edib ki, Tehran rejiminin qalan elementlərinin hələ vaxtları varkən danışıqlar masasına oturmaq istəməsi təəccüblü deyil. “ABŞ dağıdıcı güclə daha intensiv və hədəfli hücumlar həyata keçirir", - o vurğulayıb.

İranın ali rəhbərinə və digər yüksək vəzifəli İran rəsmilərinin sui-qəsd səbəbini izah edən sözçü Leavitt deyib ki, İranın əvvəlki liderləri artıq bu dünyada yoxdur, çünki onlar ABŞ-a yalan danışıblar: “Bu, Prezident üçün qəbuledilməz idi və liderlərin əksəriyyətinin öldürülməsinin səbəbi də budur" .

İranın təklif olunan razılaşmadakı 15 bəndin əksəriyyətini qəbul etdiyi iddialarına cavab olaraq Leavitt deyib ki, Amerika İran rejiminin sözünə etibar etməmək üçün kifayət qədər ağıllıdır.
Leavitt onu da bildirib ki, Amerika Birləşmiş Ştatları 250 il əvvəl yəhudi-xristian dəyərləri əsasında qurulub.

Oxşar xəbərlər