32 il sonra bu qayıdış baş tutdu

32 il sonra bu qayıdış baş tutdu 32 il sonra bu qayıdış baş tutdu. Onlar buna inanaraq, ümid edərək yaşayıblar. Dövlət də bunun üçün əlindən gələni edib.
Biz hazırlaşdıq, gücləndik və torpaqlarımızı canı bahasına azad edən gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində sinələrini qabağa verərək torpaqları azad etdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bəli, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək.
Bu gün Şuşanın yeni tarixi başlayır. Şuşada quruculuq işləri müharibədən dərhal sonra başlamışdı. İlk növbədə Şuşaya yol çəkildi. Şuşanın tarixi mənbələri bərpa olundu və Şuşanın dirçəldilməsi geniş vüsət aldı. Hər şey ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur, yenidənqurmaya xarici şirkətlər cəlb edilir.
Mayın 10-u hər birimiz üçün əziz gündür – Ulu öndərin doğum günüdür. Onun ən böyük arzusu bu reallıqları görmək, işğala son qoymaq idi. Biz onun fəaliyyətinin nəticəsində bu yola qədəm qoyduq. Azərbaycan xalqı 1993-cü ildə ulu öndərə müraciət edərək onu hakimiyyətə dəvət etdi. Çünki xalq bilirdi ki, onu bu bəladan ancaq Heydər Əliyev qurtara bilər. Onun ömrü bu günü görməyə çatmadı. Biz onun davamçıları onun arzularını çin etdik.
Bu gün göstərir ki, biz sülhsevər, qurub-yaradan xalqıq. Ermənilər Şuşanı viran qoyub onu erməniləşdirməyə çalışıblar. Bütün şəhər və kəndlər vandallar tərəfindən dağıdılıb. Amma onlar buna nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub və bundan sonra bu torpaqlarda Azərbaycan bayrağı dalğalanacaq.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Çiçək Daşdəmirova

Oxşar xəbərlər