Azərbaycan sülhsevər və suveren bir dövlətdir

Azərbaycan sülhsevər və suveren bir dövlətdir

Azərbaycan sülhsevər və suveren bir dövlətdir. Hər zaman ölkələr arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi imtiyaza malikdir. Belə dost ölkələrdən biri də Slovakiyadır.
7 may 2024-cü il tarixində Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri etmişdir. Səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar bir gündür. İmzalanan sənədlər arasında, müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər də vardır.
İmzalanan sənədlərə əsasən prezident İlham Əliyev bildirmişdir ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan imzalanmış sənədə əsasən ola bilsin ki, Slovakiyaya da təbii qazın ixracı təmin edilsin.
Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Eyni zamanda, genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması qaza qənaət etmək imkanı yaradacaqdır və bu qənaət olunmuş qazın əsas ünvanı Avropa olacaqdır;
Slovakiya-Azərbaycan əməkdaşlığımızın əlamətdar bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Belə ki Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcəkdir.

Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Rəmalə Ağayeva


Oxşar xəbərlər