Aprel ayının 16-da Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlqoyma mərasimində şəxsən işturak etmişdir

Aprel ayının 16-da Prezident İlham Əliyev Şirvan suvarma  kanalının təməlqoyma mərasimində şəxsən işturak etmişdir Son illərdə Azərbaycanda müxtəlif insfraktur layihələr həyata keçirilir. Bu layihələrdə müəyyən yenidənqurmaların da həyata keçirilməsi planlaşdırılır. Bu layihələr arasında Şirvan suvarma kanalı yer alır. Şirvan suvarma kanalının uzun müddətdir fəaliyyət göstərməsinə baxmayaraq yeni layihədə kanalın yenidən qurulması planlaşdırılmışdır. Bunun əsas səbəbi kanalın torpaq məcralı olması və uzun illər fəaliyyət göstərdiyinə görə böyük hissəsi zərər görmüşdür. Əkin üçün bol suyun olması mütləqdir. Bu isə kanalın yenidən qurulmasını tələb edir.
Əkinçiliyin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyev bu məsələni diqqət mərkəzində saxlamışdır. Torpaqların əkinə yararlı və münbit olması üçün kanalın tam şəkildə yenidən qurulması həyata keçirilir.
Aprel ayının 16-da Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlqoyma mərasimində şəxsən işturak etmişdir. Təməlqoyma mərasimində çıxış edən Prezidentimiz bildirmişdir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırmışdır. Xüsusilə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında quruculuq işləri ilə bərabər kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir.
Bunun üçün ilk növbədə su çatışmazlığı problemi həll olunmalıdır. Həyata keçirilən infrastruktur layihələr bu problemlərin həllinə yönəldilmişdir. Layihələr uğurla həyata keçirilir.
Layihəyə əsasən Şirvan suvarma kanalının uzunluğu iki dəfəyə dək uzadılacaq. Bu da öz növbəsində əkin sahələrinin daha da genişlənməsinə şərait yaradır.


Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə



Oxşar xəbərlər