16 Aprel 2024 cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub. Təməlqoyma mərasimində çıxış edən dövlət başçısı üç ildən sonra, 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışının keçiriləcəyini əminliklə bildirib. Qeyd edilib ki, kanalın istifadəyə verilməsindən sonra ərazidə əkin sahələri iki dəfədən çox artırılacaqdır. Prezident İlham Əliyev bildirib ki, “İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi, bax, arxamdakı Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaqdır”.
Kanalın uzunluğu 123,5 km, sərfi 78 m³/san və onun üzərində müxtəlif təyinatlı 129 hidrotexniki qurğu tikilib.Kanalın trassası boyu relyef şəraiti mürəkkəb olduğuna görə, onun üzərində çoxlu sayda hidrotexniki qurğuların tikilməsi zərurəti yaranıb. Belə ki, kanalın dağ silsiləsinin cənubu ilə uzanan hissəsini sel sularından mühafizə etmək məqsədi ilə onun maneəsiz keçməsi üçün kanalın sol sahili boyu 80,52 km uzunluğunda dağ ətəyi kanal çəkilmişdir.Bu kanalın üzərində tikilmiş 51 ədəd sel ötürücü qurğu vasitəsilə sel suları YŞK-nın sağ sahilinə ötürülür. Göstərilən rayonların ərazilərində lazımi olan yerlərdə YŞK-dan su götürmək məqsədi ilə onun üzərində 33 ədəd suburaxıcı şlüz tikilib.Yay mövsümündə Türyançay, Göyçay, Girdimançay çaylarında suyun az olması və yaxud hər hansı təhlükə yaranan zaman kanalın boşaldılması üçün 15–20 m³/san su buraxmaq qabiliyyətinə malik olan dükerlərin giriş hissəsində şlüzlar quraşdırılıb.YŞK-nın yalnız bir yerində səviyyə qaldıran qurğu, əhalinin, maşın və mexanizmlərin onun sağ və sol sahillərinə hərəkətini maneəsiz həyata keçirmək üçün 29 yerdə körpü tikilib.YŞK-nın 99,25 km-i torpaq məcrada tikilib, 29,95 km-ində isə beton üzlük çəkilib. Yuxarı Şirvan kanalı və onun su ötürdüyü təsərrüfatlararası və təsərrüfatdaxili kanallar torpaq məcrada çəkildiyindən, onlardan sızan sular hesabına qrunt sularının səviyyəsi tədricən qalxaraq, torpaqlar şorlaşmağa başlayır.. Kanalın istismarını həyata keçirmək məqsədi ilə onun trassası boyu dambanın üstü ilə maşın və mexanizmlərin normal hərəkəti üçün yol çəkilmişdir.
Yuxarı Şirvan kanalı 1958-сi ildə istismara verilmiş, mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürür, və uzunluğu 123,5 km-ə çatır. Yuxarı Şirvan kanalı suyu Xanabat bəndindəki baş qurğudan alır. Su qəbul edilən yerdə kanalın dib yüksəkliyi 65,33 m-dir. Anbardan baş qurğuya su nəql edən kanalın uzunluğu 2,9 km-dir. Bu kanalın su qəbul etdiyi yerdə dib yüksəkliyi 70 m olduğuna görə, son illərdə (2000-2001) anbarda suyun səviyyəsi aşağı olduğundan Yuxarı Şirvan kanalına tələb olunan suyun verilməsində problemlər yaranmışdır. Bunu nəzərə alan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri anbardan su nəql edən kanalda dərinləşdirmə və genişləndirmə işləri aparmış və su qəbul edilən yerdə kanalın dib yüksəkliyini 68 m-ə qədər aşağı salmışlar.
Vurğulanıb ki, vaxtilə Yuxarı Qarabağ kanalı adlanan Qarabağ kanalının inşası ilə əlaqədar dövlət başçısı tərəfindən Sərəncam imzalanıb. Yaxın vaxtlarda texniki-iqtisadi əsaslandırma işləri aparılacaq və onun nəticəsində yeni layihə işlənib hazırlanacaqdır. Qarabağ kanalının inşası gələn il üçün nəzərdə tutulub. Kanal 115 min hektarı əhatə edərək 9 rayonun əkin sahələrini suvarma suyu ilə təmin edəcəkdir. Beləliklə, burada 10 rayon Şirvan kanalı, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaqdır.
Ölkədə qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi – bütün bu amillər inkişafın göstəriciləridir. Həmçinin, iqlim dəyişikliyi ilə bağlı dünyada, o cümlədən Azərbaycanda böyük narahatlıq vardır. Bu il kifayət qədər qar, yağış yağmışdır və ölkədəki su hövzələrində və su anbarlarında kifayət qədər su toplanıb. Təəssüf ki, əvvəlki illərdə biz hər il quraqlıqla üzləşirdik. Dağlarda daha az qar yağırdı, çaylarda suyun səviyyəsi əvvəlki illərdə aşağı düşürdü, bəzi hallarda əsas çaylar quruyurdu. Bu gün Xəzər dənizinin dayazlaşması göz önündədir. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək ölkə qarşısında duran başlıca vəzifələrdəndir.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə