Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji”nin reallaşdırılması da prioritet istiqamətlərdən biridir

Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji”nin reallaşdırılması da prioritet istiqamətlərdən biridir Cənab prezident İlham Əliyev 26 aprel 2024 cü ildə Almaniyaya səfər etmiş və Almaniya mətbuat konfransında çıxış etmişdir. Prezident İlham Əliyev çıxışı zamanı işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması haqqında məlumat verib.
Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunan ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb.
Bu, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, müasir texnologiyalar əsasında “ağıllı şəhər” və “ağıllı kənd”lərin inşa olunmasına, bu zaman ən müasir şəhərsalma nümunələrindən istifadə edilməsinə, aqrar sahənin, o cümlədən, heyvandarlığın inkişafının reallaşmasına, habelə əhalinin dayanıqlı məskunlaşmasına xidmət edib, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradıb. Xatırladaq ki, “Azərbaycan Respub¬likasının işğaldan azad edilmiş ərazilə¬rinə Böyük Qayıdışa dair I Dövlət Proq¬ramı”nın icrasına dair Tədbirlər Planına əsasən, 2026-cı ilədək ümumi uzunluğu 2264,5 kilometrlik 20 avtomobil yolunun və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzurda məs¬kunlaşmanın sürətlə aparılması bu əra¬zilərin elektrik enerjisi ilə təchizatı siste¬minin yüksək səviyyədə qurulmasından asılıdır. Ona görə də müharibədən sonra bölgənin energetika sisteminin gücləndi¬rilməsi daim diqqətdə saxlanılır. Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində bu sahə əsaslı şəkildə müasirləşdirilir, “itiril¬miş” generasiya gücləri bərpa edilir. “Cəbrayıl”, “Had¬rut”, “Qorçu”, “Laçın” yarımstansiyaları¬nın, “Qamışlı”, “Meydan”, “Çıraq-1”, “Çı¬raq-2”, “Soyuqbulaq”, “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarının istismara verilməsi də bunun bariz ifadəsidir.
Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji”nin reallaşdırılması da prioritet istiqamətlərdən biridir. Bununla bağlı 2022–2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məh¬dudlaşmır, enerji keçidinin bütün kompo¬nentləri üzrə fəaliyyəti də təşviq edir. Bu çərçivədə azad olunan ərazilərdə ümu¬mi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox binada günəş pa¬neli, ictimai və sosial obyektlərdə ümumi gücü 800 kVt-dan çox olan günəş


enerjisi sistemləri, həmçinin enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayancaqlar, elektrik dol¬durma məntəqələri quraşdırılıb.
Vətən savaşından sonra ilk dəfə yurd həsrətinə Zəngilan rayonunun “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınan Ağalı kəndində son qoyulub. Xatırladaq ki, bu yaşayış məntəqəsində sakinlərin rahat yaşayışını təmin etmək üçün hər cür şərait qurulub. Kənddə “Ağıllı kənd” konsepsiyasının hər üç kom¬ponenti – “ağıllı dövlət idarəçiliyi”, “ağıllı infrastruktur və xidmətlər”, eyni zamanda, “ağıllı təsərrüfat və biznes mühiti” yaradı¬lıb.
Zəngilan rayonunda yaradılan “Dost Aqropark” isə klaster yanaşmanın bariz nümunəsidir. Üç mərhələdə həyata keçi¬rilən layihənin təməli 2021-ci il oktyabrın 26-da dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo¬ğan tərəfindən qoyulub. Artıq aqroparkda birinci mərhələ üzrə görüləcək bütün iş¬lər başa çatdırılıb. İnzibati binalar, 5 min 200 kvadratmetrlik qapalı, 113 min kvad¬ratmetrlik açıq tipli heyvandarlıq komp¬leksləri, xidməti heyətin yaşayış binaları tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsa¬lı reallaşdırılıb.
Bu gün “Dost Aqropark”ın ikinci və üçüncü mərhələləri üzrə işlər davam et¬dirilir. Layihənin hər 3 mərhələsinin başa çatdırılması nəticəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün böl¬gəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurula¬caq, tutumu 100 min ton olan anbar inşa ediləcək. İstehsal olunan məhsullar yerli tələbatı ödəməklə yanaşı, “Made in Qa¬rabağ” brendi ilə dünya bazarına çıxarı¬lacaq.
“Dost Aqropark” ətraf mühitin və tə¬biətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərəcək. Burada ekosistemin yaradılması üçün ümumilik¬də 100 milyon dollar dəyərində sərmayə qoyulacaq.
Füzuli rayonunun Dövlətyarlı kəndin¬də də “Ağıllı kənd” layihəsinin təməli qo¬yulub. “Yaşıl” və alternativ enerjinin, “ağıl¬lı idarəetmə” sisteminin reallaşdırılacağı “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tu¬tulub. Burada, həmçinin məktəb və uşaq bağçasının tikilməsi planlaşdırılıb. Kən¬din ətrafında isə “Ağıllı kənd təsərrüfatı” sahəsinin salınacağı nəzərdə tutulub. Beləliklə, sakinlərin rahat yaşamaları və kənd təsərrüfatı ilə məşğul olmaları üçün bütün zəruri işlərih həyata keçirilməsi mü¬hüm vəzifə kimi qarşıya qoyulub.
Bütün bu quruculuq işləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tam bərpa olunacaq və dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir. Doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımız öz yurdlarına geri dönəcəkdir.
Əlbətdəki biz bu qələbəni Ali baş komandan İlham Əliyevə və müzəffər Azərbaycan ordusuna borcluluq. İnaniriq ki, gələcək nəsillərimizdə hər zaman vətəni sevəcək, qoruyacaq və Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməyəcəkdir. QARABAĞ AZƏRBAYCANDIR!!!

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə


Oxşar xəbərlər