Zəfər meydanında Zəfər tonqalı

Zəfər meydanında Zəfər tonqalı Torpaqlarımız azad olunduqdan sonra artıq dörd ildir ki , ənənəvi olaraq Cənab Prezidentimiz ilham Əliyev Novruz bayramı münasibətilə xalqımızı azad olunan torpaqlardan təbrik edir . Cənab Prezidentimiz Novruz tonqalını Şuşada ,Suqovşanda , Talış və bu il isə Xankəndində yandırdı. Novruz tonqalı uzun illər düşmən tapdağı altında qalan ata-baba yurdumuzu isitdi, doğma hənirti gətirdi. Müzəffər Ali Baş Komandanımız dediyi kimi Novruz tonqalı murdar düşmənin izlərinin silinməsində son tamamlanma işlərini görür.
Qədim dastalardan bildiyimiz kimi tonqal şadlıq ,sevinc rəmzidir. Zəfər meydanında qalanan tonqal Zəfər tonqalı idi. Sanki torpaq da öz sahiblərinə qovuşduğu üçün sevinirdi. Bəli , öz sahiblərinə. Xankəndində vaxtilə tikilən binaların memarlarının adını Cənab Prezidentimiz xüsusilə qeyd etdi . Bununla sübut etdi ki , bu torpaqların əsl sahibi bizik-Azərbaycan xalqıdır.
Müzəffər Ali Baş Komandanımızın çıxışındakı hər bir söz bizə düşmən olan qüvvələrə mesaj idi. Ermənipərəst düşmənlərimiz də bilsin ki , biz bu torpaqları qanlmız bahasına azad etmişik.Altı ay öncə şeytan yuvası , terorist məkanı olan Xankəndi 23 saat ərzində mərd oğulların qanı bahasına antiterror əməliyyatı ilə azad olundu.Uzun illər düşmən doğma şəhərimizi işğal altında saxlamış və adını da dəyişdirmişdi. Prezidentimiz onu da qeyd etdi ki , bu şəhərin əsası Pənahəli xan tərəfindən qoyulmuşdu.
Müzəffər Ali Baş Komandan , işğaldan azad olan yurdumuzda qaladığınız tonqal düşmənə göz dağıdır. Bundan sonra tonqalımız gur yansın , bayrağımız ucalarda olsun. Cənab Prezidentimiz, Xankəndində yandırdığınız Novruz tonqalı gələcək tariximizə işıq salacaq. Şeytan yuvasını təmizləməklə müstəqilliyimizi tam bərpa etdiniz. Tarix yazan Ali Baş Komandanımız , böyük siyasətçimiz, biz də sizi təbrik edirik . Novruz bayramınız mübarək!

Sabunçu qəsəbəsi, 155 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi HumayVəliyeva


Oxşar xəbərlər