Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram – Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bir bayram bizim milli bayramımızdır.
Novruz “təzə il” deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni il həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə , ailələrə şadlıq və sevinc gətirir. Hər evdə, hər ailədə Novruza əvvəlcədən hazırlıq gedir. Analar, nənələr şəkərbura, paxlava, şorqoğal bişirir, bərəkət rəmzi olan səməni qoyur.
El tonqal başına yığılır, küsülülər barışır. Gənc qızlar oğlanlar tonqal üstündən tullanır, evlərə papaq atılır, qulaq falına çıxılır. Bu bayram halallıq , təmizlik bayramıdır. Novruza bir ay qalmış insanlar dörd çərşənbə axşamını qeyd edirlər. (od, torpaq, su, hava) Novruz şənlikləri arasında ilin axır çərşənbəsi cox təntənə ilə qeyd olunur.
Təsadüfi deyil ki, Ümummilli liderdən müsahibə alan bir jurnalistin “sevdiyiniz bayram hansıdır?” sualına Heydər Əliyev “Novruz” demişdir.
Sovet dövrünün ilk onilliklərində Novruz bayramına müəyyən qadağalar qoyulmuşdu. Hökumət orqanları bu bayramın rəsmi keçirilməsinə icazə vermir və təqiblərlə üzləşirdi. Ulu öndər ölkəyə rəhbərliyin ilk günlərindən hər cür maneələrə sinə gərərək Azərbaycan xalqının özünüdərki üçün bütün zəruri tədbirləri heyata keçirməyə başladı. Bu bayram sadəcə mərasim kimi deyil, məhz milli mənəvi dəyərlərin əhəmiyyətli bir hissəsi olaraq öz mahiyyətinə qovuşdu. Novruza olan bütün qadağalar aradan götürüldü.
Bu gün Heydər Əliyevin ali ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Vitse Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin bütün düynada təbliğində, qədim ənənələrimizin yenidən həyat qazanmasında və beynəlxalq ictimaiyyətə təqdim olunmasında Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Təsadüfi deyil ki, məhz Mehriban xanımın əməyi sayəsində Novruz bayramı dünyanın qeyri-maddi irsi kimi YUNESKO-nun siyahısına daxil edilmişdir. 2010-cu il 23 fevral tarixində isə martın 21-i BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Novruz Günü elan edilmişdir. Novruz beynəlxalq bayram statusu əldə etməklə bütün ğlkələrin və xalqların birləşməsinə, mədəniyyətlərarası dialoqa və anlayışa təşviq edilməsinə, dünyada sülhün və əmin-amanlığın gücləndirilməsinə səbəb olmuşdur.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövləti tarixin ən böyük yüksəliş dövrünü yaşayır. Aparılan məqsədyönlü da xili və xarici siyasət hesabına əldə edilmiş social-iqtisadi, mədəni nailiyyətlər xalqımızın bayram sevincini daha da artırır, bizləri gələcəyə ruhlandırır.
Pirşağı qəsəbəsi, 112 saylı tam orta məktəbin
İngilis dili müəllimi Xumar Hacıyeva