Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Novruz hər bir azərbaycanlının qəlbinin bayramıdır”. Bəli, Novruz dostluq, mehribanlıq, mərhəmət bayramıdır. Novruz xalqımızı bir-birinə həmişə sıx birləşdirib. Azərbaycan xalqı artıq bu bayramı böyük ruh yüksəkliyi ilə qeyd edir. Azərabycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycana əbədi bahar gətirdi.
Novruz təkcə onu keçirən xalqların deyil, ümumilikdə bütün bəşəriyyətin mənəvi dəyəri hesab edilən bayramdır. Novruz həmçinin mədəniyyət bayramıdır. Hər bir ölkəni yaşadan onun mədəniyyətidir. Novruz bayramı özəlliyi, ənənələri ilə dünyada tanınan bir potensialdır. Tarixi çox qədim olan Novruz bayramının xalqımız tərəfindən hər il böyük təntənə ilə keşirilməsi bu özəllikdən xəbər verir.
Novruzun vətəni Azərbaycandır. Bu bayram təkcə təbiətin oyanışı, baharın gəlişi deyil, həm də barış bayramıdır. İnsanlar arasında bu cür mənəvi bağlılıq yaratmaq çox vacibdir. Bu bayram ulu əcdadlarımızdan bizə qalan yadigardır. Azərbaycan xalqının milliliyini, yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadan bu bayramdan əziz bayram ola bilməz. Ona görə də Novruz xalqımızı eyni dərəcədə həm sevindirməli, həm həvəsləndirməli, həm də birləşdirməlidir.
Artıq iki ildir ki, dostluq, həmrəylik bayramını Şuşada qeyd edirik. Zəfər təntənəsi bu bayrama, bayram da bizə çox yaraşır.
Bayramınız mübarək olsun!
Balaxanı qəsəbəsi, 259 saylı tam orta məktəbin
İbtidai sinif müəllimi Vəfa Tağıyeva