“Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır. “Novruz” – hərfi mənada “yeni gün” deməkdir. Amma ifadə etdiyi mərasim semantikasına görə keçidin bitməsi və yeni nizamın başlanğıcıdır. Novruza Bozqurd, Çağan, Ergenekon, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. Də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Novruz haqqında məlumatlara Ömər Xəyyamın “Novruznamə”, Nizamülmülkün “Siyasətnamə”, Nizami Gəncəvinin “İsgəndərnamə” və b. əsərlərində rast gəlirik” .
“Novruz bayramı Azərbaycan xalqının ən mühüm və sevimli bayramlarından biridir. “
“Qədim köklərə malik olan bu bayram bir çox adət və ənənələrə malikdir. Bu adət ənənələr məhv olan və canlanan təbiətlə, sehrli qüvvələrlə bağlıdır. Ay ərzində hər həftənin çərşənbə axşamı günü 4 ünsürə - su, od, torpaq və bayram qabağı sonuncu çərşənbə axşamı – “Axır çərşənbə” küləyə həsr olunur, həmin gün agaclarda tumurcuqlar açır və yaz gəlir. Hesab edilir ki, birinci çərşənbədə su hərəkətə gəlir və yenilənir, ikinci çərşənbədə tonqal qalanır. Bu günlərin hər biri ilə xalq arasında inanclar, şeirlər, ayinlər, oyunlar mövcuddur.
Ən mühüm və əhəmiyyətli “axır çərşənbə” hesab edilir. Bu gün öz milli xüsusiyyətləri ilə zəngin olan bir gündür və evdə təmizlik işlərini və bayram yeməklərini hazırlayıb çatdırmaq lazımdır. Əvvəlcədən səməni yetişdirilir, yumurta boyanır və milli şirniyyatlar bişirilir. Bayram qabağı hamı bir-birini təbrik edir. Bayram süfrəsində ailə üzvlərinin sayı qədər şam yandırılır və niyyət edilir. Uşaqlar adətə görə qonşuların qapılarına papaq atır və gizlənirlər, sonra bayram şirniyyatı ilə doldurulmuş papaqlarını götürürlər. Axşam düşdükdən sonra küçələrdə tonqallar qalanır, ətrafına toplananlar oynayır, xəstəliklərdən, pisliklərdən təmizlənmək üçün tonqaldan tullanırlar.
Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal-günəşi, şəkərburaayı, rənglənmiş yumurta-həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni və s. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.”
Novruz həm də birlik təcəssümüdür. Bu bayramda küsülülər barışır.Bayramda tonqal ətraflnda “Yallı” rəksinin oynanılması buna misaldır.Bu bayramda vətən uğrunda canından keçən şəhidlərimiz də unudulmur, xalqımız bayram günlərində onların məzarını ziyarət edir.
Qoy 2024-cü il Novruz Bayramı xalqımıza əmin-amanlıq, bol bərəkət gətirsin.Novruz bayramınız mübarək.
Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Tarix müəllimi Aludə Məmmədova